Quran-i Kərim öyrənək (15-ci dərs)

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 429
Səs ver:
(səs: 2)
"ضاد" hərfinin tələffüzü
 "ضاد"
"ضاد" hərfinə "zersi" hərfi deyilir. Bu hərfin məxrəci dilin kənarı ilə (sol və ya sağ tərəfdən) həmin tərəfin üst dəyirman dişləridir. (Bu hərf dilin sol tərəfi ilə daha asan tələffüz olunur).

"ضاد" hərfinin tələffüzü "زاء" hərfindən fərqlidir. "زاء" hərfi bizim dildə olan "z" hərfi kimi tələffüz olunur. "ضاد" hərfi isə dilin kənarının yuxarı dəyirman (izras) dişlərinə toxunması nəticəsində əda olunur. "ضاد" hərfinin tələffüzündə iki xüsusiyyət vardır:

1) "ضاد" hərfi itbaq və istela xüsusiyyətlərinə malikdir; onun tələffüzü zamanı dilin səthi ağızın yuxarısına tam şəkildə yapışır və dilin kökü yuxarıya doğru meyl edir. Nəticədə bu hərf qalın surətdə və dolu həcmlə tələffüz olunur.

2) "ضاد" hərfi istitalə sifətinə malik olduğu üçün tələffüz zamanı onun sədası dilin kənarının başlanğıcı ilə sonu arasındakı fasilədə izras dişlərindən çəkilmiş olur. Diqqət etmək lazımdır ki, "ضاد" hərfini tələffüz edən zaman qalınlaşdırılmış "دال" -dal hərfi surətində tələffüz olunmasın deyə, dil dişlərdən tədricən ayrılmalıdır. Əks təqdirdə, yanlış olaraq səda qəlqələyə oxşar surətdə əmələ gələr.

QEYD: Bəziləri "ضاد" hərfinin tələffüzünü qalınlaşdırılmış "دال" -dal hərfi surətində olduğunu güman edirlər
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri