Nəzakət: Qadına qarşı şiddətin həlli yolu Allah sevgisidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 32 406
Səs ver:
(səs: 19)

Qadına qarşı şiddətin həlli yolu Allah sevgisidir

Qadına qarşı şiddət 21-ci əsrin ən böyük sosial problemlərindən biridir. Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni səbəblərini, cəmiyyətə təsirini və qadında meydana gətirdiyi travmaları araşdırır. Beynəlxalq təşkilatlar qadına şiddətə qarşı hüquqi sanksiyaları yenidən tənzimləyərək bu problemin qarşısını almağa çalışır.

Qadına şiddətin əsas amilləri iqtisadi böhran, həyat keyfiyyəti və təhsil səviyyəsi deyil. Son rəsmi anket sorğuları Avropada qadına böyük şiddət tətbiq olunduğunu göstərir.

Avropa Birliyi Əsas Hüquqlar Agentliyi (FRA) 28 Avropa ölkəsindən 18-72 yaş arası 42000 qadınla geniş sorğu keçirmişdir. Hesabata əsasən, ən çox şiddətin baş verdiyi ölkə 52%-lə Danimarkadır. Bu ölkədən sonra 45% ilə Hollandiya və 44 % ilə Fransa gəlir. 28 ölkədə orta nisbət 33%-dir.

Hesabatda verilən məlumatlara əsasən, hər 10 qadından biri 15 yaşından etibarən cinsi şiddətə və hər 20 qadından biri təcavüzə məruz qalmışdır. Bundan başqa, hər 5 qadından biri keçmiş və indiki ərindən şiddət görür. Bu faktlara baxmayaraq, qadınların sadəcə 14%-i ərindən və 13%-i kənar şəxslərdən gördükləri şiddətə görə rəsmi orqanlara müraciət etmişdir.

2011-ci ildə ABŞ hökumətinin apardığı araşdırmalara görə, hər 4 qadından birinin şiddətə məruz qaldığı üzə çıxmışdır. 29 milyon qadın sevgilisi və ya əri tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Qadınlar ərlərinin onlara boğmağa çalışdığını, döydüyünü, bıçaqladığını və silahla vurduğunu deyirlər. ABŞ-da hər 15 dəqiqədə bir qadın təcavüzə məruz qalır.

Araşdırmaların aparıldığı ölkələrə baxdıqda qəribə, düşündürücü nəticə ortaya çıxır. Danimarka, Hollandiya, Fransa və ABŞ kimi ölkələr rifah səviyyəsi çox yüksək olan ölkələrdir. Bu isə göstərir ki, iqtisadi zənginliklə və ya sadəcə məlumat yükləyən, lakin insanların vicdanına xitab etməyən təhsil sistemləri ilə şiddət aradan qalxmır.

Qadına şiddətin konkret nümunələrini sənət adamları arasında və prestijli iş sahələrində də görmək mümkündür. Amerikalı müğənni Rihanna 2009-cu ildə sevgilisi Kris Braun tərəfindən döyülmüşdü.

Ferra Fosett, Uitni Hyuston, Dayan Leyn, Robin Qivens kimi sənətçilər də məşhur həyat yoldaşları tərəfindən şiddətə məruz qalıblar. Bunlar hələ mediaya əks olunan hadisələrdir. İngiltərədə bir həkim 2007-ci ildə arvadını ölümcül döymüş, ancaq ətrafı tərəfindən yaxşı insan kimi tanındığına görə hakim ona həbs cəzası verməmişdi.

Son əsrdə olduğu kimi dövrümüzdə də qadına şiddətin əsas səbəblərini sosioloqlar və psixoloqlar elmi cəhətdən araşdırır. Bu araşdırmalarda kişilərin təbiəti, spirtli içki və narkotik maddədən istifadə kimi bioloji səbəblərlə uşaqlıqda şiddətə məruz qalma və bundan törəyən psixoloji pozuntular qadına qarşı şiddətin elmi faktları kimi irəli sürülür. Şiddətin kişinin təbiətində olduğu, kişi üçün güc, cəsarət, enerji mənasını verdiyi kimi çox səthi nəzəriyyələr irəli sürülür. Ancaq şiddətin qarşısı alına bilmir…

Əlbəttə, akademik araşdırmalar və elmi nəticələr qadına qarşı şiddətin qarşısını almaq üçün mühüm faktlar verir. Lakin bu araşdırmaların və görülən tədbirlərin kifayət etmədiyi aşkardır və tezislərin çoxunun yanlış olduğunu dövrümüzdə qadına şiddətin dərəcəsindən görmək mümkündür. Gəlir və təhsil səviyyəsinin yüksək olması qadına qarşı şiddətin qarşısını almır və gəlir və təhsil səviyyəsinin aşağı olması da qadına qarşı şiddətə səbəb deyil.

Həll yolu üçün problemin əsas mənbəyini tapmaq lazımdır. İllərlə insanlara təlqin edilən materializm və nəticədə də ortaya çıxan inancsızlıq cəmiyyətdəki şiddətin kökündəki əsas səbəbdir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradanı olduğunu, hər kəsin yaşamaq hüququ olduğunu düşünmür. Eqoist, təkəbbürlü, öz mənfəətini düşünən insanlar kifayətlənməmə hissinə qapılmağa başlayırlar. Bu da cəmiyyətdə vəhşicəsinə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu artırır. Şəfqət, mərhəmət və anlayışın yerini münaqişə tutur. Haqlının deyil, güclünün həyatda qalacağı inancı dünyanı sevgisizlik cəhənnəminə çevirir.

Öz-mərkəzli, partlamağa hazır bomba kimi yaşayan insan modeli, zəngin də olsa, bir neçə universitet bitirmiş də olsa, pozulmuş təbiətindəki şiddət mədəniyyətini heç cür tərk edə bilmir. Eqoistlik və sevgisizlik fərdləri özündən başqasına dəyər verməməyə sövq edir. Sadəcə şəxsi mənfəət üçün birləşən qadınla kişi zaman ərzində bir-birinə nifrət edir və nəticədə, kişiyə nisbətən daha zərif olan qadınlar ciddi şəkildə şiddətə məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir.

Qadın Allah`ın dünyadakı ən gözəl təcəllisidir və çox xüsusi varlıqdır. Allah qorxusu və Allah sevgisi olan bir insan qarşısındakı qadını Allah`ın yaratdığını bildiyinə görə ona böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan kişi qadına ən kiçik incidici söz deməz və onu bütün imkanları ilə qoruyar.

Beynəlxalq təşkilatlar xüsusilə əxlaqi təlimin və Allah sevgisinin üzərində dayanmalıdırlar. Qadını incitməyin kainatı yaradan Allah`ın rizasına uyğun olmadığı və nəticədə də Allah`ın rizasını itirmək qorxusu insanlarda formalaşdırılmal ıdır. Bu mövzuda məktəblərdə, universitetlərdə seminarlar və konfranslar təşkil oluna bilər. Gənclərə Allah`ın varlığı izah edilməli, Allah`ın şiddəti və eqoizmi haram etdiyi vurğulanmalıdır. Sevginin, şəfqətin və mərhəmətin bütün dünyaya hakim olması ilə qadına şiddət tamamilə aradan qalxar və qadın sevgisi bütün dünyaya yayılar.

Nəzakət Bədirova

(səs: 19)
Şərhlər: 9
Baxılıb: 32 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri