Sevdiyin şəxsə qovuşmaq üçün dua etmək olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 10 151
Səs ver:
(səs: 3)
Sevmək insani bir duyğudur. Buna görə də bir insanın kiməsə qarşı sevgi hiss etməsi günah sayılmır. Günah sayılan həddini aşmaq, yalnış yollara əl atmaqdır. Allah (c.c) sevgini insanın daxilinə yerləşdirmişdir.

Hər şeyin bir həddi-hüdudu və qaydaları olduğu kimi, sevginin də özünəxas qaydaları vardır. Hər insan sevə bilər. Lakin sevgi vaxtında olsa daha gözəldir. Bəzən elə olur ki, hissləri ilə hərəkət edib, bir zamanlar onsuz yaşaya bilmədiyini zənn edən biri, sonunda öz sevgilisi ilə məhkəmə salonlarında görüşməli olur. Bu da hisslərlə verilən, ağılla düşünülməmiş qərarların sonu…

Hər nə qədər könül fərman dinləməsə də, dininə bağlı və təqvalı olan bir gənc hər zaman iffətini qorumağı bacarmalıdır. Bu sərhədləri qoruduqdan sonra insanın özü üçün Allahdan xeyirlisini istəməsi daha yaxşı olar.

İnsan olaraq nəyin bizim üçün daha xeyirli olduğunu məhdud ağlımızla tam dərk edə bilmirik. Buna görə də, bu məsələlərdə xəyallara qapılmadan, bir möminə yaraşan şəkildə hərəkət etməliyik. Bəzən belə məsələlərdə insanın hissləri sərhəd tanımaq istəmir. Çox vaxt saf duyğularla başlayan sevgilər tədricən zədələnməyə, əvvəlki saflığını itirməyə başlayır. Buna görə də, həmin məsələ haqqında qəti qərara gəlmək və bunu ailələrə bildirmək daha yaxşı olar.

Allah sevgisi bütün sevgilərdən fərqlidir. Daha çox təsəvvüfçülərin bəhs etdiyi ilahi eşq Allah sevgisinin ən son mərtəbəsidir. Bu eşqə düçar olan insan çox vaxt başqaları tərəfindən dəli, məcnun adlandırılır. Bu eşqlə yanan insan üçün dünyəvi olan hər şey – evi, ailəsi, uşaqları, dostları qısacası dediyimiz kimi dünya və içindəkiləri tərk edir. Çünki aşiq olanın gözündə sevgilidən başqası yoxdur. Təsəvvüf əhlinə görə dünyanın yaranma səbəbi eşq olduğu kimi, onun yaşama səbəbi də eşqdir.

İnsan bu iki sevgidən hansına tutulursa tutulsun ciddi bir imtahan qarşısındadır. Bu vəziyətdə olan birinin duyğularına sahib çıxması, iffət və şərəfini qoruması lazımdır.

O qız haqqında əgər sizin üçün xeyirlisi odursa onu sizə nəsib etsin (və ya qəlbiniz ona meyl etsin) deyə Allaha dua edə bilərsiniz. Ancaq sizi tanıyan və xeyrinizi istəyən insanlarla məşvərət etsəniz bu sizin üçün daha yaxşı olar. Əgər hələ evlənmək fikriniz yoxdursa bu məsələdə səbir etməyiniz duadan daha xeyirlidir. O qız sizin üçün uyğun ola biləcəyi kimi olmaya da bilər. Hətta başınıza bəla da ola bilər. Buna görə də nəyin haqqımızda xeyirli, nəyin də zərərli olduğunu bilmədiyimizə görə, Allahdan haqqımızda xeyirlisini istəməliyik. Nəyin xeyir, nəyin şər olduğunu dəqiq bilmədiyimiz üçün belə vəziyyətlərdə israr etməməliyik. Yoxsa əksinə israrla istədiyimiz şeyin cəzasını çəkməyə məcbur olar, onunla imtahan oluna bilərik. Bir kimsəylə evlənmək, varlı olmaq, bir vəzifəyə təyin olunmaq kimi şeylər imtahan səbəblərindən bəziləridir.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 10 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri