1- İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
2- İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”
3- İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir
4- İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
5- İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”
6- İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”
7- İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”
8- İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”
9- İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”
10- İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”
11- İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
12- İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir.
Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər.
İmtahana çəkildikdə isə dindarlar az olur.”
13- İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
14- İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
15- İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol.
Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
16- İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan,
lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
17- İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var.
Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”
18- İmam Hüseyn (ə) buyurur: "Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
19- İmam Hüseyn (ə) buyurur: Hər kəs Allaha layiqi olduğu kimi bədnəlik etsə,
Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər.
20- İmam Hüseyn (ə) buyurur: Allahın qorxusundan ağlamaq, Cəhənnəm əzabından qurtilmağa səbəb olur.