Dırnaq saxlamaq olarmı?

Müəllif: acisko
Şərhlər: 9
Baxılıb: 4 502
Səs ver:
(səs: 1)
Dırnaq Saxlamaq Olarmı?
Sualnıza cavab olaraq bildiririk ki, əgər dırnaqda qüsl və dəstəmazı batil edəcək bir maneə olmazsa (lak və ya dırnaq çox uzun olduğu üçün dırnağın altına su çatmaması kimi), dırnaqın ibadətə zərəri yoxdur. Amma bu işin faydalı olub-olmaması barədə bir-neçə hədisi sizin diqqətinizə çatdırırıq:

1. Həzrət Peyğəmbər (s) buyurub: "Ey kişilər! Qısaldın dırnaqlarınızı. Ey qadınlar! Dırnaqlarınızı uzun saxlayın ki, bu sizin üçün gözəllikdir”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:15; Ən-Nəvadir, Ravəndi, səh.23).

2. İmam Əli (ə) buyurub: "Allah-Taala İbrahim peyğəmbərə ilham etdi ki, pak (təmiz) ol. O həzrət (ə) də bığlarını və dırnaqlarını qısaltdı ...” (Ən-Nəvadir, Ravəndi, səh.23).

3. Həzrət Peyğəmbər (s) buyurub: "Hər kəs cümə günü dırnaqlarını qısaltsa, barmaqlarının başı çat-çat olmaz və Allah-Taala onun barmaqlarından hər bir xəstəliyi götürər və xəstəliyinə şəfa verər”. (Mən la yəhzuruhul fəqih, Səduq, 1/127; Ən-Nəvadir, Ravəndi, səh.23).

4. Həzrət Peyğəmbər (s) buyurub: "Dırnaqları qısaltmaq xəstəlikləri yox edir və ruzini çoxaldır”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:1).

5.
İmam Cəfər Sadiq (ə) buyurub: "Dırnaqları qısaltmaq sünnətdəndir... və bu iş unutqanlığın qarşısını alır”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:5-6).

6. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kəs hər cümə günü qırnaqlarını və bığını qısaldarkən aşağıdakı duanı zikr edərsə Allah-Taala ondan düşən hər dırnaq və tük parçasına bir qul azad etməyin savabın yazar və belə insan heç vaxt xəstələnməz, məgər ölüm xəstəliyi ilə ki, o xəstəliklə dünyadan gedər”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:9).

7. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər cümə günü bığı və dırnaqları qısaltmaq, başı yumaq fəqri uzaqlaşdırır və ruzi çoxaldır” (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:10).

8. İmam Musa Kazimdən (ə) rəvayət olunan bir hədisdə dırnaq tutmaqın gözə xeyirli olduğu bildirilir. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:13-14).
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri