Allah yolunda fədakarlıq

Müəllif: Wiyinka
Şərhlər: 17
Baxılıb: 971
Paylaş:
Səs ver:
(səs: 2)
"Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92).

Qurani-kərimin bu ayəsi insanları Allah yolunda öz mallarını xərcləməyə təşviq etməklə yanaşı, bunu Allaha layiq şəkildə etməyi buyurur. Allah bütün gözəlliklərin mənbəyi və sahibi olduğu üçün, Onun yolunda malik olduğumuz malın ən yaxşısını və bizə ən sevimli olanını verməliyik. Bu, səxavətin, infaqın ən yüksək həddidir. Buna iysar deyirlər. İysar – öz malını fədakarlıqla hədiyyə etmək, son tikəni başqası ilə bölüşmək, heç nəyi əsirgəməmək və qısqanmamaqdır. İysarın kökü Həzrət Adəmin (ə) zamanından gəlir. O həzrətin oğulları Habillə Qabil öz qurbanlarını Allaha təqdim edərkən, Qabil simiclik göstərmiş və tarladan yığdığı məhsulların ən xırdalarını və çürüklərini qurbangaha gətirmişdi. Habil isə əksinə, sürünün içindən ən kök heyvanı kəsmişdi. Nəticədə, Allah öz malının ən yaxşısını və ən sevimlisini gətirənin qurbanını qəbul etdi.Ayədə "savab” kimi tərcümə edilən söz ərəb dilində "birr” şəklində işlənib. Əslində ayədə savab yox, yaxşılıq nəzərdə tutulub. Lakin yaxşılığın nəticəsi Allah tərəfindən verilən savab olduğu üçün, azərbaycan dilinə tərcümədə "savab” sözündən istifadə edilib.Ərəb dilində "b-r-r” feli "genişlik” mənasını verir. Bu kökdən törəmiş bir neçə kəlmə də genişlik mənasını ifadə edir. Məsələn, quru torpağa ərəbcə "bərr” deyirlər ("bəhr” – "dəniz” sözünün qarşılığında). Həmçinin, yaxşı əməllərə də "birr” deyirlər. Səbəbi budur ki, bəzi yaxşılıqların nəticəsi geniş dairədə çox insanlara şamil olur. Yəni bu əməllər ətrafa yayılır və öz təsirini qoyur.İnsan öz bəyəndiyi və əziz tutduğu bir əşyanı başqasına (özü də ehtiyaclı olan birinə) təqdim edərkən, əvvəla, öz səmimiyətini göstərmiş olur. Əgər nöqsanlı, əskik bir əşyanı ona versəniz, yaxşısını isə özünüzə saxlasanız, o adamın qəlbində bir inciklik yarana bilər. Üstəlik, o, sizin hərəkətinizlə özünün kasıb, ehtiyaclı olduğunu bir daha hiss edəcək, aranızdakı fərq onun qəlbini incidəcək. Əksinə, sevdiyiniz bir əşyanı hədiyyə etməklə, əslində dünya malına bağlılıq iplərini qırıb atmağa öyrəşəcəksiniz. Bu hərəkət sizdə davamlı vərdiş yaradacaq – dünya nemətlərinə etinasızlıq vərdişi. Başqa bir vaxt sevdiyiniz əşyanı öz iradənizə əks olaraq itirsəniz də, buna təəssüflənməyəcəksiniz. Çünki əvvəllər belə bir itki ilə rastlaşmışdınız, özünüz öz əlinizlə sizə əziz olan bir əşyanı əldən vermişdiniz.Yuxarıdakı ayənin təfsiri ilə bağlı belə bir misal çəkirlər. Məşhur Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zibeydə xatunun gözəl bir Quranı varmış. Qızıl suyu ilə yazılmış bu Quranın cildi daş-qaşla bəzədilmişdi. Zibeydə bu Qurandan ayrılmırdı, müqəddəs kitabı həmişə bu nüsxənin üzündən oxuyurdu. Bir dəfə yenə Quran oxuyarkən, həmin ayəyə çatanda fikrə gedir. Sonra Quranın cildindəki daş-qaşın hamısını qoparıb zərgərlərə satdırır və pulu ilə Ərəbistanda susuz Hicaz bölgəsinə su çəkdirir.İysarla bağlı daha bir əhvalat XIX əsrdə yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsari ilə bağlıdır. Yaxınlarından biri ona xəbər verir ki, Nəcəfdə dərs deyən alimlərdən birinin dolanışığı çox ağırdır, həyat yoldaşı da hamilədir və doğuş vaxtı yaxınlaşır. Amma həmin alim özünü sındırmadığı üçün heç kimdən yardım istəmir. O zamanlar Şeyx Ənsarinin öz maddi vəziyyəti də ağır idi. Hətta mərhum şəxslərin qəza namazlarını qılmaq və qəza oruclarını tutmaq müqabilində aldığı muzdla dolanırdı. Bəzən bu ibadətlərin muzdunu ona qabaqcadan verirdilər, sonra isə alim illər uzunu həmin qəza ibadətləri icra edirdi.Ənsari bu xəbəri eşidəndə təəssüflə deyir: "Heyf ki, nə özümün nəqd pulum var, nə də şəriət pulundan yanımda bir şey qalıb”. (Böyük müctəhidlər onlara gələn xüms-zəkat pullarını lazım olan istiqamətlərə yönəldirlər. Şeyx Ənsari artıq ona göndərilən pulları ehtiyaclı adamlara paylayıbmış).Daha sonra Şeyx Ənsari bir az fikirləşib deyir: "Amma bir nəfər mənə pul verib ki, rəhmətə getmiş qohumunun qəza ibadətlərini icra edim. Belə edə bilərəm ki, o puldan iki illik məbləği həmin alimə verim, o da mərhumun iki illik qəza namazlarını qılıb, qəza oruclarını tutsun”. Xəbəri gətirən adam eitraz edib deyir: "Amma o alim rəhmətə getmiş adamın qəza ibadətlərini etməyi özünə əskiklik saya bilər. Üstəlik, onun yaşayış vəziyyətindən də xəbərim var. İki il bu işləri görmək üçün şəraiti yoxdur, dərslərini deməyi güclə çatdırır”.Ənsari yenə azacıq fikirləşir və dediyi məbləği götürüb o adama verərək söyləyir: "Mən özüm həmin mərhumun iki illik qəza namazlarını qılıb, qəza oruclarını tutaram. Sən bu pulu aparıb həmin alimə ver, amma nəyin pulu olduğunu demə”. Bir daha nəzərə alaq ki, Şeyx Ənsarinin özünün də həmin vaxt bu pula hədsiz ehtiyacı vardı.

loading...
(səs: 2)
Şərhlər: 17
Baxılıb: 971
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
indi bu cur insanlar varmi pulu her seyden usdun tuturlar,her zaman Allahdan qorxaqki duzgun yolu sece bilek insallah
11 mart 2015 00:51
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lili)
Gunayla raziyam indiki insanlar niye bele olublar bilmirem
6 fevral 2015 07:37
16
Offline
Miss_Oxatan
Indi ki,dovrde iysarla paylawan insanlar azdir mence,sanki kim kime ne edir mutleq bir meqsed gudur.ya da yaxwiligi edir ama minneti dilinin ucunda olur.bawa caxir.ona gore de kimse komek edende de hetta o insan ele biri olmasa da wubhe ve ehtiyat edirsen.dunya doludur bu saat gede qiz adamlarla,ozunu dunyanin merkezi sayir,kimese el uzadirsa temiz niyetle yox el aleme ozunu gostermek niyetile edir sonra da orda burda sanki hami buna mohtacdir kimi daniwir.ona gore de Allah bu zamanda haminin ozune versin.sag elin versiyini sol el bilmez.
6 fevral 2015 00:40
15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
ismayilova ulker
İnsan etdiyi yaxşılığı unutmağa çalışmalıdı. Çox maraqlı xəbərdi təşəkkür edirəm.
6 fevral 2015 00:38
14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
aziz a
Sag elin verdiyini sol el bilmemelidi.......
6 fevral 2015 00:18
13
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
arzum-aysum
Allah hər şeyi görən və bilərdi. Etdiklərimi də, qelbimdekileri də. Bu dünya fanidir. Mukafatimizi o dünyada versin inşallah. Amin
5 fevral 2015 23:12
12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
my_rules12
maraqliydi
5 fevral 2015 20:46
11
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
Offline
Qlamurr
Çox gözəl mövzuya toxunmusunuz,yaxşılığı insanlar bilməsədə,rəbbim bilir,ona görə də yaxşılığımızdan əl çəkmiyək.....tşk...
5 fevral 2015 20:22
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
KRALİCEM
Bende bilmesede allah bilir
5 fevral 2015 16:25
9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
leyla_258
ALLAH BABAYA BU CANIM QURBAN,KIM NE DEYIRSE DESIN ALLAH BOYUKDUR......
5 fevral 2015 15:04
8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
xeyalperest
Allah yolunda fedekarliglar edenler icerisin en biri numune Imam Huseyn (e) dir. twk
5 fevral 2015 13:57
7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Nergizz
insanin ureyinde insaf varsa hemiwe yaxwiliq eder,
5 fevral 2015 13:23
6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
efsane..
Allah razi olsun menali yazidi
5 fevral 2015 13:12
5
Offline
emis
Sitat: fialka
Çox ibrətamiz hekayələrdi etdiyin yaxşılığı həmişə Allaha görə etmək lazımdır bəndə bilməsə də olar

duzdu basqalari gorsun deye etmek lazim deyil yaxsiligi
5 fevral 2015 12:31
4
Offline
Tomris Müslümova
nece gozel xeberdi tesekkur edirem.
5 fevral 2015 12:27
3

Sən sadəcə mənimsən...!
Offline
Fialka
Çox ibrətamiz hekayələrdi etdiyin yaxşılığı həmişə Allaha görə etmək lazımdır bəndə bilməsə də olar
5 fevral 2015 11:40
2
Offline
BARBI
Her bir yaxsiligi fedakarligi allah yolunda etmelisen
5 fevral 2015 11:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook