Allah kimləri sevir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 336
Səs ver:
(səs: 7)
Qurani-Kərimin bəzi ayələrində "Allah bunları sevir, bunları sevmir" şəklində Rəbbimizin razı olduğu və ya sevmədiyi xüsusiyyətlər açıq-aşkar bəyan olunmuşdur. Burada bir mühüm xüsusu vurğulamaq lazımdır: Rəbbimizi tanıyıb bilmək, Ona yaxınlaşmaq, Onu sevmək və Onun tərəfindən sevilmək, bir sözlə, Allahın razılığını qazanmaq bizim yaradılış qayəmizdir. Elə isə belə bir yazının dar çərçivəsində verilənlərlə kifayətlənməyib başda Qurani Kərim və hədisi şəriflər olmaqla İslamın əsas qaynaqlarına və İslam alimlərinin sanballı əsərlərinə mütəmadi olaraq müraciət etməli və bizi Allaha, ilahi rızaya aparan vəsilə və vasitələri araşdırmalıyıq. Bununla yanaşı, aşağıda məalını verdiyimiz ayələr, inşallah Rəbbimizin istədiyi kimi bir qul olma və Onun razılığını qazanma yolunda bizim üçün bir addım, bir pillə olacaqdır.
                
"(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir!(Bəqərə surəsi-195)

"Allah (günahından) tövbə edənləri, (təmiz) və pak olanları sevər!" (Bəqərə surəsi-232)

"(...) kim əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah onları sevər." (Ali-İmran surəsi-76)

"O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların qüsurlarından keçərlər. Allah belə yaxşılıq edənləri sevər." (Ali-İmran surəsi, 134)

"Neçə-neçə peyğəmbərlər gəlib getmiş və rəbbanilərlə (Arifibillah olan, elminə əməl edən alım, Allaha inanan) birlikdə (düşmənlə) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər.Allah belə səbr edənləri sevər! (Ali-İmran surəsi, 146)

" Onlar bu vəziyyətdə ancaq belə dedilər: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədərm elə (düşmənimizlə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!" Nəhayət, Allah onların həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!" (Ali-İmran surəsi 147-148)

"Allahın mərhəməti səbəbi ilə sən onlarla ( döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allah təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!" ( Ali-İmran surəsi, 159)

"Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah adil olanları sevər!" (Maidə surəsi, 42)

"Ey iman gətirənlər!" Sizdən kim dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü) ilə genişdir,(O, hər şeyi) biləndir!" ( Maidə surəsi, 54)

"(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!" (Tövbə surəsi, 108)

" Əgər iki mömin dəstəsi bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər siz də vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və ədalətlə hərəkət edin. Şübhəsiz ki, Allah adil olanları sevər!" (Hücurat surəsi, 9)

" Allah dininizə görə sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə, insafla rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!" (Mumtəhinə surəsi, 8)
(səs: 7)
Şərhlər: 8
Baxılıb: 7 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri