Duaları qəbul olunmayan şəxslər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 8 941
Səs ver:
(səs: 10)
1-İnsanın çətinliklərinin həll olunması üçün öz Rəbbini çağırıb Ondan kömək diləməsinə "dua” deyilir. Dua həm Allah-taalanın Qurani-kərimdə, həm də on dörd məsumun çoxlu tövsiyə etdikləri ən gözəl əməllərdən biridir.
2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən fəzilətli ibadət duadır.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yer üzündə Allah üçün təqdim olunan ən sevimli əməl – duadır.”
6-İmam Əli (ə) buyurmuşdur: "Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua xoşagəlməz hadisələri və bəlanı dəf edir.”
8-İmam Sadiq (ə) buyurmuşdur: "Öz xəstələrinizi sədəqə verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dua hər bir dərdin dərmanıdır.”
10-İmam Əli (ə) buyurmuşdur: "Beş yerdə dua etməyi qənimət sayın: 1-Quran oxunanda. 2-Azan vaxtı. 3-Yağış yağan vaxt. 4-Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt. 5-Məzlumun dua etdiyi vaxt; çünki onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.”
11-İmam Əli (ə) buyurmuşdur: "Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz: 1-Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2-Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum edilməz; 3-Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum olmaz; 4-Hər kəsə şükür etmək nəsib olarsa, nemət bolluğundan məhrum edilməz.”
12-İmam Sadiq (ə) uzun bir məktubda öz şiələrinə buyurur: "Allah-taala möminlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.”
13-İmam Sadiq (ə) buyurmuşdur: "Əsla duadan qafil olmayın (amandır, duanı unutmayın); çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.”
14-İmam Əli (ə) buyurmuşdur: "Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.”
Hədislərə əsasən, duanın şərtləri və qaydaları:
15-Təharətli olmaq və ətir iyləmək.
16-Səmimi qəlbdən istəmək və Allah-taala barəsində hüsnü-zənn etmək.
17-Duadan qabaq sədəqə vermək.
18-Allahdan haram bir şey istəməmək (o cümlədən, Allahdan qohumluq əlaqəsini kəsməməsini istəməmək) və öz istəyini Allahdan israrla tələb etmək.
19-Dua zamanı hacətləri dilə gətirmək və Allahla məxfi şəkildə raz-niyaz etmək.
20-Başqaları üçün dua etmək.
21-Hamının istəyi olan bir hacəti Allahdan hamılıqla istəmək.
22-Allahın müqabilində xüşu və zəlillik göstərmək, duanın əvvəlində və axırında Allaha həmd-səna etmək.
23-Duanı Peyğəmbər (s) və onun Əhli-beytinə salavatla başlayıb, salavatla qurtarmaq.
24-Allahı Peyğəmbər və Ali-Peyğəmbərə and vermək.
25-Duanı həzin səslə oxumaq və dua vaxtı ahu-fəğan etmək.
26-Duadan əvvəl özü ilə Allah arasında olan günahları iqrar və çirkin əməllərinə nifrət etmək.
27-Bütün vücudu ilə Allaha diqqət yetirmək, həmişə naz-nemət içində olan vaxt, bəlalara düçar olmamışdan əvvəl ("Təvəssül” duası vasitəsilə) Allahla əlaqə yaratmaq.
28-Əvvəlcə özü üçün deyil, başqalarını dua etmək və başqalarından onun dua etmələrini yalvarmaq.
29-Dua vaxtı əlləri göyə qaldırmaq.
30-Duanı müntəzəm şəkildə təkrarlamaq və duanı qurtardıqdan sonra "Maşaəllahu la quvvətə illa billah” – deyib, əlləri üzə və sinəyə çəkmək.
31-Allahın haram etdiklərini tərk etmək, günahlardan uzaq olmaq və camaatdan halallıq almaq.
32-Dua vaxtı əqiq, yaxud firuzə üzük taxmaq.
Hədislərə əsasən, duaları qəbul olunmayan şəxslər:
33-Evlərində oturub Allahdan ruzi tələb edən; çünki Allah-taala buyurmuşdur ki, güzəranı keçirmək üçün çalışın.
34-Həyat yoldaşına qarşı qarğış edən.
35-Haqqını inkar edən bir şəxs barəsində dua edən.
36-Allahın verdiyi çoxlu nemətləri zay edib, yenidən Ondan əta etməsini istəyən şəxs.
37-Öz qonşusunun əleyhinə qarğış edən.
38-Allah bəndələrinə zülm edən və günahı davam etdirməkdə israr edən.
39-Haram yeyən (həmçinin, zülmkarlar, hətta bir yerdə, hamılıqla dua etsələr də, onlara lənət olunar).
40-İmam Sadiq (ə) buyurmuşdur: "Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Allaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı qəbul edəcək.”
(səs: 10)
Şərhlər: 11
Baxılıb: 8 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri