Səhabələri söymək və lənətləmək olarmı?

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 773
Səs ver:
(səs: 5)
İslam əxlaqına görə, söyüş söymək günahdır. İstər diri olan, istərsə də dünyasını dəyişmiş adamı söymək müsəlmana yaraşan hərəkət deyil. Ona görə də səhabələrin ruhunu söymək birmənalı olaraq qadağandır. Səhabələri lənət etməyə gəlincə, təəssüf ki, keçmiş zamanlarda əsasən siyasi səbəblər üzündən bu kimi hallar baş vermişdir.

Xüsusilə Əhli-beytə qarşı mənfi münasibətdə olmuş bəzi məşhur səhabələrə şiə ölkələrində lənət söyləndiyi barədə məlumatlar vardır. Lakin hal-hazırda şiə dünyasının böyük müctəhidləri, nüfuzlu alimləri bu kimi hallara yol verilməməsi üçün ciddi səy göstərirlər. Bəzi mərceyi-təqlidlər sünni dünyasının möhtərəm saydığı şəxsiyyətləri lənət və təhqirə məruz qoymağın haram olduğu haqqında fətva vermişlər. Bu kimi hallar müsəlmanların vəhdətini zəiflədir və məzhəblər arasında düşmənçilik yaradır. Lakin səhabələrin tarixdəki rolunu araşdırarkən tənqidi fikirlər söyləməyin günahı yoxdur.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 2 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri