Məsumların nurlu kəlamlarından 500 hədis (401-420)

Müəllif: Rahila
Şərhlər: 9
Baxılıb: 1877
Paylaş:
Səs ver:
(səs: 8)
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 401: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”

Hədis 402: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olanarzular.”

Hədis 403: İmam Sadiq (ə) buyurur: "Pis xasiyyətli adam özünə əzab verir.”

Hədis 404: İmam Sadiq (ə) buyurur: "Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”

Hədis 405: İmam Sadiq (ə) buyurur: "Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”

Hədis 406: İmam Sadiq (ə) buyurur: "Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”

Hədis 407: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”

Hədis 408: İmam Sadiq (ə) buyurur: "Allaha edilən hər bir dua, Məhəmməd və Ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”

Hədis 409: İmam Sadiq (ə) buyurur: "Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”

Hədis 410: İmam Rza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir?Buyurdu: Dua!”

Hədis 411: Həzrət Əli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”

Hədis 412: Həzrət Əli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”

Hədis 413: Həzrət Əli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”

Hədis 414: Həzrət Əli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”

Hədis 415: Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”

Hədis 416: Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”

Hədis 417: Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

Hədis 418: Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

Hədis 419: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

Hədis 420: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”

loading...
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 1877
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Her biri hikmet dolu deyerli kelamlardi Allah razi olsun
27 aprel 2015 16:14
9
Offline
vipbetul
gozel kelamlardir
18 aprel 2015 21:52
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Konul ALiyeva
cox gozel kelamlardir ellerine sagliq
18 aprel 2015 14:21
7
Offline
TUN
420hədis xoşuma gəldi .hamsı ibrətlidir.
18 aprel 2015 14:15
6
Offline
aliceWOnDer
"Başqalarina eyib bildiyinə özünə də eybi bil"...
18 aprel 2015 11:05
5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Nezka
Hedis 402-ni cox beyendim
18 aprel 2015 10:55
4
İçimi görsən mənə aptek alarsan.
Online
BARBI
En sevmediyim insan qeybet eden insandir sozun varsa kisi kimi uzune de qorxaq kimi arxamca danisma
18 aprel 2015 10:43
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
İbrətamiz kəlamlardı, hər birində dərin məna və həqiqət var...Allah razı olsun.
18 aprel 2015 09:45
2
Offline
aziz a
Allahim hemd olsun sene.Sukurler olsun senin varligina ya Rebbim.
18 aprel 2015 05:45
1
Böyük Rebbim sen özün kömek ol hamıya....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook