Məsumların nurlu kəlamlarından 500 hədis (461-480)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 035
Səs ver:
(səs: 6)
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 461: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”

Hədis 462: Həzrət Əli (ə) buyurur: "Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”

Hədis 463: Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu ne`mət əta etdiyini görərsənsə,bu işin sonundan qorx.”

Hədis 464: Həzrət Əli (ə) buyurur: "Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”

Hədis 465: İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

Hədis 466: Həzrət Əli (ə) buyurur: "Allah lə`nət etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”

Hədis 467: İmam Sadiq (ə) buyurur: "Bizim şiəmiz o kəsdir ki, acından ölsə dəbelə, camaatdan bir şey diləməz.”

Hədis 468: "(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

Hədis 469: Həzrət Əli (ə) buyurur: "Nəhy əz munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”

Hədis 470: İmam Rza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.”

Hədis 471: İmam Rza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsməkvə dünyanı axirətdən üstün tutmaq.”

Hədis 472: İmam Baqir (ə) buyurur: "Allah-Təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”

Hədis 473: İmam Sadiq (ə) buyurur: "Zarafatlaşmaqdan çəkin, çünki o,kişinin abrını və heybətini aparar.”

Hədis 474: İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə −yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

Hədis 475: Həzrət Əli (ə) buyurur: "Məsləhət etməyən kəs peşman olar.”

Hədis 476: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”

Hədis 477: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İki günü bərabər olan kəs zərərdədir.”

Hədis 478: Həzrət Əli (ə) buyurur: "Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

Hədis 479: İmam Baqir (ə) buyurur: "Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”

Hədis 480: İmam Sadiq (ə) buyurur: "Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 4 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri