Bir Anliq Qiyaməti Təsəvvur Etmək İstədim....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 483
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1323105424-367.jpg


Bir anlıq Qiyaməti təsəvvür etmək istədim:
Tam səssizlik, qəribə sakitlik və vahimə dolu sükunət, hər tərəfdə yalnız meyitlər və qəbrlər var. Canlı və tərpənən heç nə gözə çarpmır.
Zaman sona yetdi, vaxt keçdi getdi və bitdi.
Bərk, kəskin və tükürpədici bir qışqırıq səssizliyi parçaladı. Bütün üfüqə və bütün səmaya yayıldı, ölüləri diriltməyə başladı.
Qəbrlər parçalanır, yer hər tərəfdən yarılır, paralanır. Bəşər oğlu toz-torpağın altından qalxır.
Anadangəlmə lüt, üst-baş toz-torpaq, çaşqın, heyran və sarsıntı içində...
Hamı tələsir, bir tərəfə qaçır. Sərxoş kimi yan yörəyə baxır.
Üstündə gəzdiyimiz, yaşadığımız o yer həmən bu yerdirmi?! Bu torpaq həmin torpaqdırmı?!
Artıq Qiyamətdir, hər şey qiyam etmiş, dövran bitmiş, yeni həyat başlamışdır, amma tamam başqa bir "formatda"...
Dağlar param-parça, didilmiş vəziyyətdə, çayların ancaq cığırı qalmış, dənizlər sanki alovlanır, alışır. Yer lərzəyə gəlmişdir.
Bu yer həmin yer deyil, bu səma həmin səma deyil, heç kim qaçıb canını qurtara bilmir, hamı çağırışa gedir, nidaya tərəf yönəlir.
Qiyamət qopdu...
Hamı susur, heç kim danışmır, hər kəs özüylə məşğuldur, heç kim heç kimin vecinə deyil. Hamı öz müsibət və bəlasını düşünür.
Hamı toplandı, əskik qalan yoxdur, insan, cin, heyvan, yer üzü yaranandan nə var idisə... Hamı bir yerdə, bir torpaqda dayanıb.
Birdən!
Səma, dəhşətli və sarsıdıcı səslə yarılmağa başladı, səs artdıqca da daha qorxulu və vahiməli olur. Hamı əsir, titrəyir, şok içində gözlərini yuxarıdan ayıra bilmir.
Yuxarıdan aşağı, simaları ilk dəfə görülən mələklər enməyə başlayır.
Əsgərlər kimi bir cərgəyə sıralanıb, səssiz-səmirsiz, tam mütilik içində dayanırlar.
İnsanlar hətta mələklərə nəzər salıb, sual verici baxışlarla sanki "Rəbbimiz burdadır? Haradadır? Aranızdadır?" sorurlar.
Mələklər isə ardı-arası kəsilmədən gəlir, yığılır, cərgələrlə dayanırlar. Hamısından isə bir səs eşidilir. Onlar UCA RƏBBİN şəninə təriflər edir, Onun ucalığını zikr və Ona həmd edirlər.
Bu səslərin sədası altında, artıq Rəbbimiz də nüzul edir.
Artıq kim xeyir tapsa həmd etsin, kim xeyirdən başqa bir şey tapsa ancaq özünü qınasın!
Gözlər bərəlmiş, çaşqın halda, yayınır, bir tərəfə baxaraq qərar tuta bilmir.
Bu arada da günəş getdikcə yaxınlaşır, yaxınlaşır...
Sən, mən və biz, hamımız onlarla bir yerdə dayanıb hönkürtüylə ağlayır, dəhşətdən göz yaşlarını saxlaya bilmirik. Hamı kimi gözləyirik, hamı intizardadır, amma intizar bitmir, uzun uzadı vaxt keçir və keçir...
Əlli min il...
Əlli min il, bir qurtum su yox....
Ağız, dodaq, boğaz nəyinki quruyub, od püskürür...
Əlli min il...
Artıq bəziləri Allahın rəhmətini rica edərək ATƏŞƏ atılmaqlarını diləyirlər...
Bütün bu olanlardan qurtulmaq və ya harasa, kiməsə sığınmaq mümkündürmü?!
Təbii ki, yüksək şərəf lövhəsində adları olan, yüksək imtiyazlı, fərqlənmə statusu ilə onlara aid olmayan kimsələr vardır. Onlardan Rəbbinin kölgəsi altında olan 7 tip , 7 kateqoriyaya aid olanlar da var...
Bəs insanların qalanı?!
Hamı ilk atanı, Adəmi axtarır.
Mələklər səcdə etdirilən şəxs aranır.
Hamı ona tərəf qaçıb, ağlayaraq, yalvararaq, bir körpə kimi yardım diləyir, bu haldan qurtulmaq üçün bir şeylər etməsini istəyir.
Adəm isə Rəbbinin qəzəbindən halidir, elə bir qəzəb ki, heç bir zaman bu qədər qəzəblənməmişdir. Adəm da öz nəfsinin, öz canının hayındadır.
İnsanlar isə gah Musaya qaçır, gah İsaya yönəlir, gah da başqa peyğəmbərə üz tuturlar.
Sən də, mən də, hamımız onların arasında ora-bura qaçırıq.
Elə bir üzüntü, elə bir çaşqınlıq, elə bir sarsıntı içindədirlər ki, nə doğmalıq qalmış nə qohumluq, nə dostluq nə də tanışlıq, nə vəzifə nə də rütbə, nə pul para nə də mal-dövlət.
Bu arada insanlar bəşəriyyətin seyyidi, xeyirlisi və seçilmiş şəxsiyyəti Muhammədi (s.a.s) görürlər və Ona (s.a.s) tərəf tələsirlər. Hamı birdən Ona (s.a.s) üz tutub yardım istəyir. Yalnız Ona (s.a.s) şəfaət etmək üçün icazə verilir

 

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri