Kimdir kafir, kimdir mömin?

Müəllif: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 2 825
Səs ver:
(səs: 6)
Deyirlər o kafirdir, bu kafirdir. O küfrdür, bu küfrdür. Kafirlər dünyanı alıb fəsad törədir. Kafirlər bizi incidir, yaşamağa qoymur. Bir az sərbəst düşünürsən, öz fikirlərini deyirsən, hamı cumur üstünə ki, kafirsən, küfr edirsən, otur yerində, palaza bürün elnən sürün…

İndi gəlin fikirləşək görək, bu kafir nə edib ki, kafir olub? Baxırıq tarixə. Görürük ki, keçmiş yunan, hellin və Roma mədəniyyətləri olub. Başqa tərəfdə də Çin. Onlar kim idilər? Kafir! Onlar nə etdilər? Bütün dünya mədəniyyətini və elmi yaratdılar, siyasi və iqtisadi modellər gətirdilər. Hər şey o keçmiş çağların nailiyyəti üzərində quruldu: fəlsəfə, elm, siyasət, iqtisadiyyət, demokratiya, insan haqları, azadlıqlar. Bütün gələcək nailiyyətlər, irəlləyişlər elə o çağların təkanı ilə baş verdi.

Sonra baxırsan indiki dünyaya. Yenə də həmən mənzərə: bütün yuxarıda olan özəlliklərin hamısı kimdədir? Yenə də kafir adlandırılanlarda. Hamı onlara baxır, onlar dünya axarını təyin edir. Bütün azadlıqlar, demokratiyalar, insan haqları onlarda. Elm, mədəniyyət də onlarda.

Deyirlər, orta çağlarda bir az möminlər inkişaf etdilər. Ancaq diqqətlə baxanda elə möminlərin də bütün nailiyyətlərinin kökü elə yunan-roma-çin kafirlərindən alınma imiş. O da bir az çəkdi, tez də çökdü. Ancaq "küfr” adlandırdıqları şeylər öndə gedib, heç zaman da çökməyib. Uğurlar da göz qabağında.

Tanrı üçün kim kafirdir, kim mömin? «Möminəm» deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

İndi möminlər deyirlər ki, o dünyada kafirlər cəhənnəmdə olacaq. Buna nə demək olar? Belə çıxır ki, ən işgüzar, irəliləyən, mədəniyyəti, elmi, mənəvi həyatı təyin edənlər gedəcək cəhənnəmə, süst olanlar, dünyaya heç nə verməyənlərsə gedəcək cənnətə? Bu məgər ədalətdirmi? Məntiqə görə, uğurlu və irəliləyənlər yuxarıya qalxırlar, geridə qalmışlar yox. Bunu biz dünyamızda da görürük. Necə olur ki, ədalətli Tanrı irəliləyən, aktiv adamları cəhənnəmə salsın, süst olan, dünyaya heç nə verməyənləri isə cənnətə? Bumu ədalət?

Buna görə də şübhə yox ki, Tanrı kafirləri cəhənnəmə salacaq, möminləri isə cənnətə. Ancaq Tanrı üçün kim kafirdir, kim mömin? Bunu yalnız O bilir. Ona görə kimisə kafir adlandırsalar, bu insanlara fikir verməyin, işinizdə olun, yaradın, irəliləyin. İnsanların kafir bildiyi kəs Tanrı qarşısında mömin ola bilər. Və əksinə, burada "möminəm” deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

Hər halda, məntiq belədir ki, dünyagörüşü geniş, qeyri-standart düşünən, irəliyə baxan insan hər bir süst, ehkamlar içində olanlardan daha çox uğurlar əldə edir. Belədirsə, onda elə bu kimilər Tanrı qarşısında da uğurludurlar. Çünki Tanrı onların uğurlarını istəməsəydi, onu onlara verməzdi. Verirsə, deməli bəyənir.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 2 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri