Mövlananın dilindən ağılın tərifi

Müəllif: Fialka
Şərhlər: 12
Baxılıb: 2 503
Səs ver:
(səs: 5)
1.Dünya nemətlərini əldə etmək üçün göstərilən həvəs və tamah insanı haqqı olmayan şeyləri əldə etməyə sövq edər.

2.Bir insanı tanımaq istəyirsənsə, o insana baxma, əvvəlcə birlikdə olduğu insanlara bax.

3.Ruhən yüksəlməmiş, xam qalmış insan, yetkin, kamil insanın halından anlamaz. Elədirsə, sözü qısa kəsmək gərəkdir.

4.Bu iş sabah olsun, sabaha qalsın demək təriqət anlayışına uymaz.

5.Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.

6.Daşıya biləcəyin yükləri bil. Bu aləmi işıqlandıran Günəş orbitindən çıxıb bir az dünyaya yaxınlaşacaq olsa, hər şeyi yandırıb kül edər.

7.Bütün insanlar səviyyəli insanları, vəliləri öz nəfsləri ilə müqayisə yolundadırlar. Bu səbəbdən çoxu yoldan çıxmışdır. Beləcə Allahın seçilmiş qullarından çox az kimsə xəbərdar ola bilir.

8.Ruhən aşağı, alçaq kimsələr bir sıra safları aldatmaq üçün vəlilərin sözlərini oğurlalayarlar, diqqətli olun.

9.Bir işdə yaxşı düşün. Ətrafında insan sifətli bir çox şeytan vardır. Bu səbəblə hər ələ əl vermək, hər ələ bağlanmaq uyğun deyildir.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri