Bu Quran Allahdandır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 348
Səs ver:
(səs: 6)
Uca Allah buyurur: "Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (əl-Qamər, 17).
"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr” (əl-Həşr, 21).

"Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir” (Yunus, 37).
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Mənə Tövratın yerinə yeddi böyük (əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf və əl-Kəhf surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan surələr), İncilin yerinə əl-Məsəni (əl-Fatihə surəsi) verildi və mən müfəssəl (əl-Hucurat surəsindən Quranın axırına qədər olan) surələrlə üstün tutuldum”

O, həmçinin, demişdir: "Quran (Qiyamət günü) şəfaət edən, şəfaəti qəbul olunan, (ona əməl etməyənin) əleyhinə şahidlik edən və şahidliyi təsdiq olunandır. Kim onu özünə rəhbər tutarsa, onu Cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu Cəhənnəmə aparar”
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 3 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri