Hicab - azadlıqdır!

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 3 831
Səs ver:
(səs: 5)
Hicabın Allahın əmri olması
Uca Allah Qurani kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl Әhzəb, 59). "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 31). "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl Əhzəb, 33). Hicab geyinən və digər vacib əməlləri edən qadının Cənnətə girəcəyini Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…" (Əhməd 1661) Allahın əmrindən çıxaraq açıq-saçıq geyinmək isə axirət əzabına apara bilər: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).

Hicab qadını qoruyur
Hər bir qadının arzusu onu sevən və şəxsiyyətinə hörmət edən kişi ilə ailə qurmaqdır. Təssüüf ki, müasir zamanda qadınlara yalnız şəhvət gözü ilə baxan kişilər də çoxdur. Açıq-saçıq geyimi tərk edərək hicab geyinmək qadını belələrindən qoruyur. Uca Allahın "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir" (əl Әhzəb, 59) sözü həmçinin kafir ölkələrində baş alıb gedən, ölkəmizə də son zamanlar ara-sıra baş verən cinsi zorakılıq hallarının qarşısının alınmasını bildirir. Hicab həmçinin cəmiyyətimizdə də hörmətlə qarşılanır və milli-mənəvi dəyərlərimizə də uyğundur. İslam qadının bədənini yad gözlərdən qoruyaraq onu şəxsiyyətini uca tutmuşdur, əsl azadlıq da budur. Məgər qadının bədənini reklamlarda istifadə edənlər qadına olan hörmətdənmi, yoxsa məhsullarını satmaq üçün bunu "gözəllik", "azadlıq" adlandırırlar?
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri