İslam örtüyü qadın üçün təhqirdir yoxsa qadın şəxsiyyətinə verilən qiymət?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 730
Səs ver:
(səs: 0)

İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri İslam örtüyü-qadın hicabıdır. Onlar ya nadanlıqları və məlumatsızlıqları, ya da qərəzçilikləri və düşmənlikləri üzündən belə hesab edirlər ki, İslam örtüyü İslam cəmiy-yətində qadının təhqir olunmasının bir əlamətidir. Ona görə biz də bu kiçik söhbəti-mizdə-dünyanın ən görkəmli qadınının şəxsiyyəti, bütün keçmiş və gələcək nəsillərin qadınlarının nümunəsi ilə bağlı olaraq bu məsələni araşdırmağı məqsədə uyğun sayırıq, çünki necə deyərlər: «Əgər evdə bir kəs varsa, bir söz bəsdir».

Heç bir aydıngörən baxışdan, ayıq, açıq ürəkli vicdandan uzaqda olmayan həqiqət bu məsələnin sirrini və rəmzini bizə tam aydınlığı ilə aşkar edir ki, doğrudan da, İslamda qadın örtüyündən məqsəd heç də onun şəxsiyyətinə qarşı etinasızlıq və təhqiri rəva bilmək deyil, əksinə, «Şarei-Müqəddəs»in (müqəddəs qanunvericinin-Peyğəmbərimizin epitetlərindən biridir-tərcüməçi) qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdən məqsəd budur ki, qadının vücudunda onu çirkin, qeyri-insani, nifrətedici, cahil görünüşlü bir şeyə çevirən və belə bir görünüşdən kişilərdə ləzzət, təmənna hisslərini oyadan şeylər yox, onun əsl insani keyfiyyətləri ilə nemətlər görsün.

Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə, əslində, elə bir təsirli vasitə və kəsərli silahdır ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın həddini aşmasın. Qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdə ləzzət almaq üçün nümayiş etdirilməsinə icazə vermir. Əksinə, bütün bu xüsusiyyətləri baxışlardan gizlədir ki, qadınlar da, kişilər də bərabər və eyni şəraitdə bütün ictimai sahələrdə, özlərini göstərməkdən, nümayiş etdirməkdən çəkinməsinlər, qayğısız-arxayın halda qurub-yaradan kişilər kimi, yalnız öz öhdələrinə düşən bəşəri fəaliyyətləri və yaradıcı iş-gücləri ilə məşğul olsunlar və bu baxımdan qiymətləndirilsinlər.

İslam hicabının nəticəsində qadın özünün zahiri vücudunun görünən tərəflərini bir kənara qoyaraq öz istedad və bacarığını kişilərlə çiyin-çiyinə həyatın müxtəlif qurucu sahələrində göstərə bilir. Yəni Allahın bəxş etdiyi bütün istedad və bacarığını əbəs yerə təkcə özünə bəzək-düzək qadınlıq əlamətlərini təhqiramiz bir şəkildə nümayiş etdirməkdə göstərməsin və həyatı dəyərlərə yalnız bir meyarla nəzər salmasın. İslam qadına tamam başqa gözlə baxır, onun yalnız insani keyfiyyətlərini nəzərə alır. Həyatın bütün mərhələlərində nəinki kişilərə qadına bir «oyuncaq vasitə» kimi baxmağı qadağan edir, eyni zamanda qadınlara da icazə vermir ki, islami şəxsiyyətlərini ayaqlar altına atsınlar və öz özlərini bir alçaqlıq, həqarət əksinə çevirsinlər.

Bu adi hədəf İslamın bütün hökm və təlimlərində, xüsusilə də müqəddəs Quran ayələrində hər yerdə özünü biruzə verir. Məsələn, Qurani-Kərim, məlum olduğu kimi, qadınlara öz zinətlərini başqalarına göstərməyi, bərkdən və səs sala-sala yeriməyi, başqalarının diqqətini cəlb edən tərzdə yol getməyi, naz-qəmzə ilə danışmağı, özgə kişilərlə kəlmə kəsməyi qadağan etmişdir.

Qadının maddi, mənəvi, iqtisadi və siyasi şəxsiyyətinə ehtiramla bağlı Qurani-Kərim və yaradıcı İslam məktəbinin həyatverici təlimləri elə iri addımlar atmışlar ki, dünyanın başqa məktəbləri hələ o ali və yüksək həddə çatmağı təsəvvürlərinə belə gətirməmişlər.

Bəli, İslam və Quranın qadına və onun kişi ilə həqiqi bərabərliyinə münasibətlə bağlı fikri, belədir. İslamın qadına nisbətən kişiyə dərəcə verməsinə gəldikdə isə bu dərəcə kişinin qadına nisbətən üstünlüyünə görə deyil. Həmçinin ona görə deyil, kişi qadına nisbətən Allah dərgahında və İslam aləmində daha çox dəyər və etibara malikdir. Əksinə, yalnız ona görədir ki, kişi özünün oynadığı əsas roluna görə (ailəyə başçılıq etmək, ailə üzvlərini yemək-içməklə təlim etmək) daha yüksək dərəcəli məsuliyyətləri öz çiyninə götürmüşdür. Bu məsuliyyət dərəcəsi də elə məsələdir ki, qadınların özü də onun kişilərə verilməsinə müxalif deyilər. Çünki qadın ümumiyyətlə götürdükdə, daxili təbiətinə və əlaqəsinə görə maddi işlərə o qədər meyl göstərmir və bu işlərin məsuliyyətinin kişidə olmasına üstünlük verir, özü isə qadınlıq xüsusiyyətinə daha çox uyğun gələn məsuliyyətləri, yəni evdarlığı, ailə işlərini öhdəsinə götürür.

Beləliklə, aydın olur ki, əgər müasir qadınlar bəşər tarixində ən kamil, ən görkəmli qadının nümunəsi olan pak Zəhranın (ə) müqəddəs vücudundan, O Həzrətin fəzilətlə dolu məktəbindən ilhamlanaraq öz varlıqlarının təkamülü istiqamətində iri və təsirli addımlar atsalar, kişilərlə müqayisədə tərəzinin gözü şübhəsiz ki, fəzilət və elmsiz, din və imansız kişilərin yox, fəzilət sahibi qadınların xeyrinə olacaqdır.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri