Peyğəmbərimizin (s.ə.s) sevgi mövzusundakı tövsiyələri

Müəllif: yasemin
Şərhlər: 10
Baxılıb: 3 349
Səs ver:
(səs: 5)
Peyğəmbər əfəndimiz (sav)-ın xüsusilə üzərində dayandığı ən əhəmiyyətli mövzulardan biri, möminlərin bir-birlərini heç bir mənfəət güdmədən, səmimi (qəlbdən) bir sevgi ilə sevmələri və bir-birlərinə qarşı kin, hirs və qısqanclıq kimi pis hisslər bəsləməmələridi. Peyğəmbərimiz (səv) bu mövzuda möminlərə ən gözəl nümunə olmuş, onlara tez-tez bu mövzularda tövsiyələr vermişdir.

Allah bu mövzu haqqında Quranda belə buyurmuşdur:

Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının səvabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)  (Şura Surəsi, 23)

Peyğəmbərimizin (səv)-ın sevgi, dostluq və qardaşlıq haqqındakı hədisi-şəriflərindən bəziləri isə belədir:

"Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar"

"Hədiyyələşin, bir-birinizi sevin. Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar"

"Ziyarətləşin, hədiyyələşin. Çünki, ziyarət sevgini möhkəmlədər, hədiyyə də, ürəkdəki pis duyğuları kənarlaşdırar"

"Bir-birinizi qısqanmayın, bir-birinizə kin bəsləməyin, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxa çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları,  qardaş olun!"

"Sizdən əvvəlki cəmiyyətlərin dərdi sizə də keçdi: Həsəd və kin. Kin saxlamaq pis şeydi. Allaha and olsun ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman etmiş ola bilməzsiniz. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verim mi? Aranızda salamı yayın."
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri