Qurandakı hərflər qədər namuslu olmalı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 838
Səs ver:
(səs: 3)
Əlif kimi düz olunmalıdır həyatda…
Bə kimi tək nöqtə üzərində dayana biləcək qədər tarazlı olunmalıdır…
Tə kimi olmalı, vida xütbəsində əmanət qoyulan iki şeyi (Qur`an və sünnət) davamlı başının üzərində daşımalıdır insan…
Sə kimi az danışıb 3 dinləməli cəmiyyətdə…
Cim kimi uşaq kimi baxmalı həyata, ama cim qədər də çox iş görməli…
Ha kimi könlü geniş dostlar qazanmalıdır insan,
Hı qədər gözü yaşlı olduğunda kömək olabiləcək…
Dal kimi böynunu büksədə həyata,
Zel kimi papağını taxmağı bilməlidir çətinliklərə qarşı...
Rı qədər rahat olsa da insan bu dünyada,
Ze `nin nöqtəsi kimi başında dolanan bir milçəyin olduğunu mütləq bilməlidir…
Sindır elə bil bu dünyada nöqtəsiz, yetim
Şın kimi pulları verməli gətirib…
Sad qədər şişsədə qarnın,
Dat kimi həyata bir göz qırp…
Tı kimi bir yelkənlidir həyat,
Zı qədər yükü olan…
Ayn kimi göyə döndər üzünü…
Ğayn`ın nöqtəsi qədər şüphə olmasın qəlbində…
Fə əynə təzhəbuun... (hara qaçırsan)
Gaf kimi iki gözünü aç…
Kəf qədər görünüşlü ol…
Lam kimi tutunacaq bir budaq ol yetimlərə
Mim`lənmiş olsan da hürkmə, yıxılma
Nun qədər susğun
Vav qədər ədəbli
Hə kimi kışqır içindən gələnləri
Laməlif kimi əllərini Ona (c.c.) aç
Ya Rəbbi rəhmət və əff qapılarını bizə aç…


Allah  bütün orucları, edilən bütün duaları, qılınan bütün namazları qəbul etsin! Hər kəsin ürəyində hüzur və hər kəsin İslam dininə sonsuz hörməti olsun! Hər biriniz Cənnətin qapılarında ağlamağa nail olasınız!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri