Açın əllərinizi rəhmət gəlir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 035
Səs ver:
(səs: 3)
Mən bir insanam..
Elə isə "mən” deyəndə nəyi nəzərdə tuturam?
Boşladığı hər şeyin arxasınca qaçan nəfsimi?
Kiçik bir uğurdan sonra başqalarını qarışqa kimi görən və ya kiçik bir uğursuzluqdan sonra günahı başqalarında axtaran  qüsurumumu ?
Yoxsa qarışqanı fil etməkdən zövq alan xüsusiyyətimimi ?
Bəli bütün bunlar məndə var. Ancaq mən yalnız bunlardan ibarət deyiləm. Əksinə, nə vaxt bunlardan biri mənə  yaxınlaşsam, özümdən sürətlə uzaqlaşdığımı hiss edirəm. İçimdən gələn bir səs: "Özünü axtar”, deyir və özümü  axtarmağa başlayıram.
Bu məqamda insanın yaradılışını xatırlayıram. İnsan yaradılanda ALLAH ona ruhundan üfüləmişdi və Mələklərə ona səcdə etməyi əmr etmişdi. Və bütün Mələklər insana səcdə etmişdilər. Təkcə İblisdən başqa. Demək insanı insan edən ALLAHDIR. Onsuz insanın zərrə qədər qiyməti yoxdur.

Elə isə biz də öz-özümüzdən soruşaq: Evimizə, ailəmizə, nəfsimizə, malımıza..... bir bəla gəlsəydi və biz də çarəsiz  qalsaydıq nə edərdik? Bu gün təkcə İraq və orada ölən günahsız insanlar deyil, bütün bəşəriyyət uçurumun kənarındadır.
Bir tərəfdə aclıqdan taqətdən düşmüş insanlar ürəyimizi parçalayır, Bir tərəfdə isə necə əylənəcəklərini bilməyənlər  gözlərimizin qarşısından çəkilmir. Hətta bəzən biz də var-dövlət içində dəbdəbəli həyat sürənlər kimi olmaq istəyirik.
Və bir də "Əgər ALLAH bəzilərinizlə bəzilərinizə mane olmasaydı, yer üzü fəsada uğrayardı ” ayəsini xatırladıqca bir daha  duanın əhəmiyyətini anlayırıq. Elə isə hamımız birlikdə "ruhumuza” qayıdaq.Qarşısını ala bilmədiyimiz iyrəncliklərin həm  dunyanı, həm də ürəyimizi bulandırdığı bir vaxtda "ALLAHIM! Sən əskiklərdən, nöqsanlardan uzaqsan. Biz zalımlardan  olduq ” deyə yalvarıb əhv diləyək.
İnanın nəfs, qürur, təkəbbur, laqedlik, həsəd hisslərindən xilas olub ürək yanğısı ilə əllərimizi Ona açsaq, əlimizi boş  qaytarmayacaq.

Gəlin, açaq əllərimizi, gecələr və gündüzlər Dualarımizla dolsun...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri