Peyğəmbər sizə qonaq gələrsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 002
Səs ver:
(səs: 4)
Bir gün Peyğəmbər ziyarətinizə gəlsə, Yalnız bir neçə günlüyə döysə qapınızı, Düşünürəm nələr edəcəyinizi..."

Həqiqətən də nə edərik? Peyğəmbər qapımızı döysə! Hələ ONU dilindən salmayan amma bir tərəfdən də həyatın içinə "düşən"lər necə bir təlaşa qapılarlar görəsən?
 
Ancaq..... İçimdən 1 səs deyirki..... "Bilirəm. Belə şərəfli bir qonağa ən gözəl otağınızı açacağınızı, Ona təqdim edəcəyiniz yeməklərin ən yaxşısı olacağını, Və inandırmağa çalışacağınızı, Onu evinizdə görür olmaqdan xoşbəxt olduğunuzu; Lakin söyləyin mənə, Evinizə doğru gələrkən gördüyünüzdə, ONU dərhal qapıdamı qarşılayacaqsınız? Yoxsa içəri dəvət etməzdən əvvəl, tələshiklə, Bəzi jurnalları, qəzetləri tezbazar gizlədibb Yerinə Quranımı qoyacaqsınız? "
 
İçimdən 1 səs deyirki..... "Yaxşı bəs dünyalıq musiqinizi, kasetlərinizi də gizlədəcksinizmi?  Və bunun yerinə ortalığa, Kitabxananızın rəflərində tozlanmış, Hədis kitablarımı çıxaracaqsınız? Həmin an içəriyə girməsinə icazə verəcəksinizmi? Yoxsa təlaşla nə edim deyərək, Sağa solamı qaçacaqsınız?"
 
İçimdən 1 səs deyirki..... "Tanış etməkdən qürur duyacaqsınızmı ən yaxın yoldaşınızı onunla? Yoxsa heç qarşılaşmamalarınımı ümid edərdiniz, Peyğəmbərin ziyarəti bitənə qədər bir-birləriylə? İndi söyləyin açıq ürəkliliklə, Onun qalmasını istərsinizmi sizinlə? Sonsuza qədər, birlikdə... Yoxsa rahat bir nəfəsmi alacaqsınız, Ziyarəti bitib getdiyində?"

Bu sözlərim tək namazında niyazında olanlara deyil, bəlkə daha çox da mənim ətrafımdan insanlara; yəni az çox bu havanı tənəffüs edən amma başı həmişə bulanıq qalanlara çatacaq.

Ona görə, bəlkə "sənin ixtiyarın yoxdu" deyəcəksiniz mənə amma mövzuyla əlaqədar bir iki sətir qeyd etmək istəyirəm bu küncə... Əsri Səadət, bəzilərinin uzaqdan uzağa sandığının əksinə, eyni bu gün kimi insani və ictimai əskiklər, qüsurlar, qisaslar, nifrətlər, düşmənliklər, ayrılıqlar, acgözlüklər və yalan imanların iqtidarıyla dolu idi. Maraqlanan açar kitabları oxuyar, oxuyunca da qarışıqlıqdan ağlını itirər. O çağı "səadətli" edən ONun varlığı idi. ONun yaşadığı bir dövrdə yaşamaq, eyni vaxtı və atmosferi tənəffüs etmək idi səadət... "Peyğəmbər ziyarətimizə gəlsə nə edərdik?" deyə narahat olmağa cəhd etmədən əvvəl bunu bilmək lazımdır. O, içərisində hansı küləklər əsir olursa olsun, ziyarətinin dəyərini bilən hər evin dəyərini vermişdi!

ONU yaxından tanıyanların deyişiylə "ümid edəni ümidsizliyə salmayan, gülərüzlü, yumşaq xasiyyətli, əsla qışqırıb bağırmayan" Peyğəmbərin ziyarət etdiyi bir evə "baxaq içəridə nə qüsurlar nə azğınlıqlar görəcəyəm" fikri və duyğusuyla girəcəyini xəyal etmək və etdirmək səhvdir. Ziyarət edilənlər baxımından da əsl olan ONA könüllərini açmalarıdır. Yoxsa yalandan nizam verilmiş evlərini deyil... Qorxuya, təlaşa nə gərək var? pessimizmə nə gərək var? Gələn Peyğəmbərdi...

"Bir an əvvəl getməsini istəyər" mövzusuna gəlincə... Kimsənin bu mövzuda başqası yerinə danışma, bu sualı siyasi-ictimai bir sorğulama halına gətirmə haqqı yoxdu.
 
Çünki... Gələn "sevimli"dirsə əgər, kim getməsini istəyər?
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri