Evlərini cənnətləri halına gətirən ailələr...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 726
Səs ver:
(səs: 4)
Rəbbimiz bir xəbərdarlığında qullarına belə xitab edir: "Ey qullarım! Mən zülmü öz nəfsimə də haram etdim. Əsla siz də öz aranızda bir-birinizə zülm etməyin!"  Niyə belə xəbərdarlıq edir? Çünki Rəbbimizin sevmədiyi səhvlərin ən başında zülm gəlməkdədir. Bundan ötəri zalımın həmişə qarşısında, məzlumun da həmişə yanındadır. Kim olduğu mövqenin verdiyi imkandan ötəri birinə zülm etsə bilsin ki, onun qarşısında Rəbbimiz ədalətiylə iştirak edəcək, etdiyi zülmü əsla yanına buraxmayacaq, dünyada verməzsə belə axirətdə mütləq artıqlamasıyla cəzasını verəcək.

Bu da dəqiqdir ki, zülm hər yerdə pis və əzablıdır. Ancaq ailə içində zülm, zülmlərin ən ağrılısı və pisidir. Dostun dosta zülmü, zülmlərin ən gözlənilməyənidir. Çünki həyatı ortaq yaşayırsınız, gecə gündüz, varlıqda yoxluqda, xəstəlikdə sağlıqda hər cür şərtlərdə birlikdə olduğunuz bir parçanızdan sizə ancaq təhlükəsizlik və yaxşılıq gəlməsi gözlənilərkən bunun yerinə hiddət, şiddət, zülm və haqsızlıq gəlməsi xeyirli bir dost rəftarı olmaz.

Buna görə də Məhəmməd Peyğəmbər (s.a.s) xəbərdarlığını çox dəqiq şəkildə etmişdir:  - Sizin xeyirliniz birlikdə yaşadığı ailəsinə xeyirli davranandır. Şərliniz də şərli davranandır. Yəni ailə mühiti Peyğəmbərimizin yanında hörmət və sevginin yaşanacağı ən əziz mühitdir. Burada bir etibarsızlıq hissi yaşanmamalıdır. Bir xəta və səhv varsa "Ağla qapı aç, iradəni əldən vermə!" anlayışı içində münasib dillə düzəldilməli, amma əsla hiddət və şiddət istifadə etmək kimi üsullara yönəlməməlidir.

Tənbih'ül Qafilindəki bu hadisə də bu həqiqəti ifadə etməkdədir. Bir adam gələrək belə bir sual verir:  - Ya Rəsulullah! Hansı mömin iman baxımından ən mükəmməl haldadır?  Rəsulumuzun cavabı belə olur:  - Ailəsiylə hansı ən gözəl şəkildə dolanırsa o iman baxımından ən mükəmməl haldadır. İki tərəf üçün də bu belədir.

Vida Xütbəsindəki xəbərdarlıqları da oxşar şəkildədir:  - "Xanımlarınız sizə Allahın əmanətləridir. Sizin onlar üzərində haqlarınız olduğu kimi onların da sizin üzərinizdə haqları vardır. Hər kəs öz haqqını bilməli, sərhədləri daxilində vəzifəsini yerinə yetirməyə baxmalı, kimsə kimsənin haqqını tapdalamamalı, zülmə yönəlib ürəyini, könlünü qırmamalıdır. Çünki ürək qırıb könül yıxmaq təmiri asan ola biləcək bir inşaat işi deyil. Kəbəni yıxan yenidən təmir edə bilər, amma ürəyi yıxan, qəlbi qıran onu divar hörərək təmir edə bilməz"

Bir dəfə: "İnsanların xeyirsizi ailəsinə təzyiq tətbiq edəndir" buyurunca dinləyənlərdən biri soruşur:  - İnsanın ailəsinə təzyiq tətbiq etdiyi necə müəyyən olar?  Buyurur ki:  - Özü evə gəldikdə ailədə gərginlik başlayar, evdən çıxdıqda gərginlik bitsə təzyiq tətbiq etdiyinin işarəsi olar. Eyni tərif xanım üçün də etibarlıdır:  - Xanımın xeyirlisi də bəy yanına gəldikdə dinclik, rahatlıq tapar, xoşbəxtlik hiss edər. İtələyici və bezdirici deyil, cazibədar və dinclik verici olar.

Bu səbəblə Tərğibi Tərhibdəki hədis ailə həyatını belə yekunlaşdırır:

- Möminin dünyadakı cənnəti, içində ailə həyatını yaşadığı evidir.  Demək ki, tərəflər etdikləri sevgi və hörmət rəftarlarıyla dünyadakı evlərini bir baxıma cənnətləri halına gətirə bilərlər. Yetər ki, itələyici deyil cazibədar olsunlar, sevgi və hörməti həyatlarının imtina edilməz xüsusiyyətləri olaraq bilsinlər. İmanda kamala çatmış ailə fərdləri nümunəsini versinlər.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri