Allah üçün bu gün nə etdik?

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 2 325
Səs ver:
(səs: 2)
Hər günün sonunda bir dükançı kassasını və dəftərini yoxlayaraq satışını, xeyir  və ziyanını hesablayır. Hər ayın əvvəli məmur və işçilər üçün gəlir və xərclərini hesablamaq vaxtıdır. İl sonuna doğru isə bütün ticarət əhli böyük bir fəaliyyət içində olur, gəlir və xərclərini hesablayır, mənfəət və zərərini hesablayan, yeni il üçün planlar qurub özlərini gələcəyə hazırlayırlar.

Maddi həyatımızın hesabını bu qədər incə təfərrüatı və dəqiqliklə aparan bizlər, görəsən mənəvi hesabatımızda da eyni həssaslığı göstəririkmi? Ömür kapitalımızı yerli yerində istifadə edirikmi?

İnsan bütün etdiklərinin nəticəsini görəcək, əvəzini tapacaqdır. İnsan başıboş deyil. Gördükləri qarşılıqsız qalmaz. Ömür kitabının hər səhifəsi hesabını böyük məhkəmədə verəcəkdir.

Nəzərləri insanın yaradılış məqsədindən uzaqlaşdıran səbəblərin istila etdiyi bir dünyada yaşayırıq. Gündəlik həyat məşğələləri, iş münasibətləri, uşağın dolanışığı onsuz da artıqlaması ilə zehinləri məşğul edir. Bunlardan başqa insanlar, medianın da təşviqi, özləri çox zaman heç bir əlaqəsi olmayan məsələlərlə məşğul olurlar, lazımsız, faydasız şeylərlə vaxt öldürürlər. Halbuki ömür sərmayəsi çox azdır. Lazımlı işlər çoxdur. Həm əbədi həyat da burada əldə ediləcəkdir. Elə isə nə edilməlidir? Cavabı bu hədisdə göstərilb:

"Ağıllı insan nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz də nəfsinə uyub həvasinin ardınca gedən və Allahdan (cənnət) arzusunda olan şəxsdir". (Əbu Bəkr, Qiyama, 25; Müslüm, İmanlı, 31; Əhməd, Müsned, 4/124)

 Bəs, nəfsin mühasibəsi necə aparılmalıdır? Bunu da İbn Ərəbidən öyrənək: Böyüklərimiz, danışdıqlarını və gördüklərini bir dəftərə yazaraq, işa vaxtdan sonra özlərini mühasibatdan keçirərdilər. Dəftərə baxıb onlardan sadir olan söz və əməl hamısını nəzərdən keçirərdilər. Bunlardan tövbə lazım olanlar üçün tövbə, xüsusiyyətlərindən lazım olanlar üçün xüsusiyyətlərindən, şükür lazım olanlar üçün də şükr edirdilər. Onlar bu mühasibatı etdikdən sonra yatardılar.

Elə isə biz də hesabımızı möhkəm tutaq, hesab şüuruna sahib olaq.

Etdiklərimizin, etmədiklərizin, etməli olduğumuz halda etmədiklərimizin, etməli olmadığımız halda etdiklərimizin hesabını aparaq.

İnsan gündəlik həyatında özünü necə ölçüb dartıb imtahana çəkməlidir?

Qısası, hər gün özümüzə bu sualları verək.

Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni bir gün verdiyini düşünərək Rəbbinə şükür etdinmi?

Səhər vaxtı gümrahlığını bütün günü saxlaya bildinmi?

Müəzzin "Hayyaalessalah" dəvətinə uyub nə qədər zamanını camaatla qıldın? Allah qadağan etdiyi halda səndə olan pis hal və davranışlardan vicdanın narahat oldumu?

Bu gün dilini boş və mənasız çıxışlardan, yalan, qeybət və münaqişədən və könülə tikan batırmaqdan qoruya bildinmi?

Bu gün bir acı doyurdunmu?

Bu gün bir könül qazandınmı?

Bu gün bir xəstə ziyarət etdin mi?

Bu gün bir yetimin başını oxşadınmı?

Bu gün yaradandan ötrü yaradılanlara, şəfqət, mərhəmət və məhəbbət nəzəriylə baxa bildinmi?

Bu gün Allahın sənə ehsan etdiyi nemətləri kimlərlə və nə qədər paylaşdın?

Bu gün bir mömin sevindirməyin qəlbin nəşəsini dada bildinmi?

Bu gün qul haqqına, hətta heyvan hüququna diqqət etdinmi?

Bu gün tanıdığın tanımadığım hər kəsə Allah üçün salam verdinmi?

Bu gün ananın, atanın, qohumlarının hal-əhvalını soruşub könüllərini şad etdinmi? Əgər onlar axirətədirlərsə, ruhları üçün bir Fatihə oxuyub, onları yad etdin mi?

Bu gün heç dost qazan bildinmi?

Bu gün ailəni könül gözü ilə seyr edib, oranın cənnət bağçası olması gərkdiyini düşündünmü?

Əgər evinin bəyi isə onun həyat yoldaşına və övladlarına qarşı nə qədər müşfiq və mərhəmətli davrandın?

Bu gün sənə pislik edən sərt və kobud davranan bir nəfəri bağışlayıb ona yaxşılıq etdinmi?

Abdullah bin Məsud (ə) deyir ki:
"Səhabələrinin biri evinə girdikdə xanımı ona dərhal bu iki sualı verərdi: Bu gün Qurandan neçə ayə nazil oldu? Allah Rəsulunun rəvayətlərindən nələr əzbərlədin"?

Bu gün sənə Allahın ən böyük neməti olan Qurandan neçə səhifə oxumusan? Oxuduqlarına, başa düşdüklərinə əməl etdinmi?

Bu gün həyat dəftərini necə açdın, necə bağladın? Böyük hesab günündə bu günkü səhifənin hesabını verə bilərsənmi?

Bir sözlə, bu gün, daimi bir həyatını doldurmaqda olduğun hər hal və hərəkətinin ilahi bir kamera ilə müşahidə etdiyini, heç düşündünmü?

Keçirdiyin son iyirmi dörd saatda neçə dəfə nəfəs aldığını hesablamısanmı?

Yəhya min Mələk (ə) ın bu duası bizlərə nümunə olacaq.
Ey Allahım! Gecələr ancaq sənə sığınacaq və rizanla gözəlləşir. Gündüzlər ancaq sənin üçün keçiriləcək ibadət və saleh əməllərlə gözəlləşir. Ölüm sonrası ancaq  sənin əffınlə gözəlləşir".
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri