Günah və onun gətirdiyi bədbəxliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 909
Səs ver:
(səs: 2)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax! Müstədrəkul-vəsail /11/330. Biharul-ənvar /77/79.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir. Biharul-ənvar /70/17.
***
–İmam Sadiq əleyhissalam buyurur: Məgər bilmirsiniz ki, sizin əməl dəftərləriniz Ona (Rəsuli-əkrəmə) göstərilir? Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rəsuli-əkrəmi narahat etməyin, onu (gözəl əməllərlə) sevindirin, şad edin. Kafi /1/219.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür. Ğürərul-hikəm /235.
***
-İsbəğ ibni Nəbatə deyir: Əli əleyhissalam buyurdu: Rəsuli-əkrəm (s.ə.v.v.) belə buyurmuşdur: Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar). Xisal /2/360.
***
-İmam Baqir əleyhissalam buyurur: Əli əleyhissalamın kitabında yazılmışdır ki, Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər camaat zəkat verməkdən imtina etsələr yer öz bərəkətini, əkin, meyvə və mə`dənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olmaz. Səfinətul-bihar /2/630.
***
–İmam Əli əleyhissalam buyurur: Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar. Biharul-ənvar /70/55.
***
–Allah-taala Davud əleyhissalama buyurur: Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim mərhəmətimdən mə`yus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, ücbə (özündən razı olmağa) səbəb olur ki, ücb və özündən razı olmaq da ən ağır günahdır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri