Fani dünya və onun həlak edici cazibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 431
Səs ver:
(səs: 1)
–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin. Biharul-ənvar /6/161.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.
Biharul-ənvar /73/166.
*** –İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər. Biharul-ənvar /78/311.
***
–İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır. Kafi /2/315. *** –İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır. Biharul-ənvar /78/117.
***
–İmam Həsən əleyhissalam buyurur: Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur. Səfinətül-bihar /2/84.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.
Nəhcül-bəlağə /53.
*** –İmam Sadiq əleyhissalam buyurur: (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək. Mən layəhzuruhul-fəqih /4/418.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar:  1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid. Kafi /2/320.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar. Ğürərul-hikəm /240.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Öz başına qərar qəbul etmə, təkcə öz fikri əsasında (məşvərətsiz) əməl edənlər məğlub olacaqdır. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir: 1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq. Biharul-ənvar /72/39.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir. Ğürərul-hikəm /298.
***
–İmam Sadiq əleyhissalam buyurur: Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz. Kafi /2/310.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri