Bağışlanmaq istəyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 944
Səs ver:
(səs: 2)
Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu: Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin. Biharul-ənvar /6/22.
*** –Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm. Biharul-ənvar /94/242.
*** –İmam Baqir əleyhissalam buyurur: Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu: O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər. Xisal /317.
*** –İmam Sadiq əleyhissalam buyurur: Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri