Dinimizdə yalan AND içmənin hökmü

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 6 085
Səs ver:
(səs: 2)
Yalan yerə and içildiyində, bu vəziyyət and içən adama təsir edir. Bu zaman sizə düşən vəzifə, qarşıtərəfi gözəl bir dillə xəbərdar etmək və bu davranışından görə tövbə etməsinə vəsilə olmaqdır.
 "Peyğəmbər (s.ə.v), Kəbə, Mələklər, Səma, əcdad, Həyat, Ruh, prezident, Sultanın Həyatı, SultanınNeməti, Bir Kimsənin Türbəsi Və Əmanətə and içməyi qadağan etmişdir.
Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:
1) "Şübhəsiz ki, ALLAH-Təala sizin atalarınızın adı ilə and etmənizi qadağan etdi. And içmək istəyən kimsə Allahın adı ilə and içsin və ya sussun."
2) "Bütlərə və ata-babalarınıza and etməyin."
3) "Əmanətə and içən kimsə bizdən deyildir."  
4) "Allahdan başqası adına and içən kimsə küfrə və ya şirkə düşmüş olar."   
5) "Mən İslamdan uzağam deyə and içən kimsə, əgər bu sözündə yalançı isə, söylədiyi kimidir. Əgər sözündə doğru isə, o kişi inancından, imanından bir şey itirmədən İslama dönə bilməz."
Allahdan başqası üzərinə edilən andlar etibarlı deyil!
Babalar, atalar analar, mələklər və s. kimi, Allahdan başqa varlıqlar adına edilən andlar caiz olmayıb, Hz. Peyğəmbər (s.ə.v): "belə and içməyi mən etmişdir." deyə buyurmuşdur. Belə sözlərlə and içmək caiz olmadığına görə, buna and demək də doğru deyil. (Şamil İslam ensiklopediyası)  
Yalan yerə and içmək böyük bir günahdır...  
Deyilən bir yalanın təsdiqi üçün, Allahı şahid tutma mənasında "Allah and içirəm" demək, "yalan yerə and içmək" mənasını gəldiyindən çox böyük bir günahdır:
"Yalan yerə and edən adam, Allahı, andına şahid göstərərək insanları aldatmaq istədiyi üçün, Allahın müqəddəs adını istismar etməklə, Ona iftira edər. Buna görə Hz. Peyğəmbər (s.ə.v), böyük günahların ən böyüklərindən birinin də yalan and olduğunu söyləmişdir. (Buxari, Ədəb, 6)
Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar.
(Nəhl, 94) ayəsi, yalan andın cəzasının ilahi əzab olduğunu ifadə etməkdədir.
Bəzi fikirlərə görə, hərfi mənada Allahı şahid tutmadan "and içirəm" demək gerçək mahiyyətdə and mənasına gəlməz. Lakin yalnız yalanın gətirdiyi nəticələr göz qarşısında saxlanıldığında belə, nə qədər çəkinilməsi lazım olan bir hərəkət olduğu aydın olacaq.  
Yalan söyləmək böyük günahlardan olub münafıklık əlamətlərindəndir...  
"Allaha şirk (şərik) qoşmaq, qatillik, ana-ataya zülm, yalan şahidlik ən böyük günahlardandır." (Deyləmi)
Əbu Hüreyrədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu:
"Münafiqin əlaməti üçdür, danışdığı zaman yalan söyləyər, söz verəndə sözündə durmaz, ona birşey əmanət edildiyində xəyanət edər. "(Buxari, Müslim)
 
Allaha əmanət olun...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri