Fatma Nur (6 yaş):
Peyğəmbər Əfəndimizi şokoladdan belə daha çox sevirəm.
Aişə Nur (6 yaş):
Peyğəmbər Əfəndimiz yanımda olsaydı ONA sirrlərimi söyləyərdim. Çünki O sirrlərimi kimsəyə deməz.
Mustafa Səid (5 yaş):
Peyğəmbər Əfəndimizi yuxumuzda görə bilmək üçün Oun adını dəftərə yaza bilmək lazımdır.
Şeyma (6 yaş):
"Məhəmməd Mustafa" yəni peyğəmbərimiz deyincə mən çox kədərlənirəm. Çünki O, yuxuma heç gəlmir, həmişə pis insanlar gəlir. Nə olar peyğəmbərim sən gəl, pis insanlar gəlməsin!
Əsərə Nur (5 yaş):
İndi biz burada yoldaşımıza pis bir şey söyləsək Peyğəmbər Əfəndimiz eşidər və cənnətə getdiyimiz zaman bizi qarşılamaz.
Aişə Sərərə (5 yaş):
Yatanda həmişə Peyğəmbər Əfəndimizi düşünürəm. Ahh kaş ki yanımda olsaydı!
Süleyman (6 yaş):
Peyğəmbər Əfəndimiz mənim həmişə yanımda otursun. Mən də Oun qucağında yatım. Çünki ONU çox sevirəm, həm də çox darıxıram.
Əhməd Hüsrev (6 yaş):
Peyğəmbər Əfəndimiz yanımda olsaydı Ounla birlikdə Quran öyrənərdim. Çünki O çox gözəl Quran öyrədər uşaqlara.
Ömər (6 yaş):
Məncə Peyğəmbər Əfəndimiz hər kəsi xəbərdar etmək üçün gəlmiş dünyaya. Pislik etməmələri üçün. Onsuz da pislik edənlər Peyğəmbərimizi sevmir. Mən pislik etmirəm çünki Peyğəmbərimizi çox sevirəm.
Beyza (6 yaş):
Peyğəmbər Əfəndimizin ölməsini istəmirəm amma vəfat etmiş. Ona görə ONA yalnız dua edirəm gecələri. ALLAHım nə olarsan Cənnətdə Əfəndimizi görüm!
Yunus Əmrə (5 yaş):
Peyğəmbər Əfəndimiz bu dünyaya bizi görmək üçün gəlmişdir. Pislərə "yaxşı olun!" demişdir, amma bəziləri yaxşı olmuşdur bəziləri olmamışdır. Kaş ki bir daha gəlsə, onu çox sevirəm!
Qəmzə (5 yaş):
Peyğəmbərimizə pis söz söyləməmək lazımdır. Əgər söyləsək Peyğəmbərimiz bizi sevməz, O sevməzsə ALLAH da sevməz.
İlayda (6 yaş):
Peyğəmbər Əfəndimiz mələk kimi bir insandır. Çünki Cənnətdə yaşayır. Həm uşaqları sevdiyi üçün də ona mələk deyirəm.
Büşra (6 yaş):
Peyğəmbərimizi çox sevirəm. Çünki O mənə yaxşılıq edir. Məni Cənnətə aparır. O olmasaydı mən necə Cənnətə gedərdim?
Talha (6 yaş):
Peyğəmbər Əfəndimizi görə bilmək üçün Cənnətə girmək istəyirəm. Və Onunla orada yaşamaq istəyirəm.