Məhəmməd (s.ə.s) həyatı haqqında qısa məlumat

Müəllif: Meleknur
Şərhlər: 10
Baxılıb: 6 967
Səs ver:
(səs: 6)
Uşaqlıq dövrü Məhəmmədin (s.ə.a.s)  anadan olduğu il adətən eramızın 570-  ci ili sayılır. Məhəmmədin (s.ə.a.s) uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Məhəmməd (s.ə.a.s) altı yaşında olarkən anasi ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Məhəmmədə (s.ə.a.s) babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Məhəmməd (s.ə.a.s) onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir. On iki yaşında ikən Məhəmməd (s.ə.a.s) Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olmayaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Məhəmmədə (s.ə.a.s) silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Məhəmmədin (s.ə.a.s) bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir. Gənclik dövrü Məhəmmədin (s.ə.a.s) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Məhəmməd (s.ə.a.s) Xüvəylid ibn Əsədin qızı, varlı dul qadın Xədicənin yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Məhəmməd (s.ə.a.s) Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıqnəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Məhəmmədin (s.ə.a.s) xristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Məhəmmədin (s.ə.a.s) təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda bu dinlərin bir-birini inkar etməsi, onların "yolu  azmaq", "səhv yol ilə getmək" haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Məhəmmədə (s.ə.a.s) Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar. Ailə həyatı 595- ci ildə Məhəmməd (s.ə.a.s) Xədicə ilə evlənmişdir. Həmin vaxt Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Məhəmmədlə (s.ə.a.s) Xədicənin qarşılıqlıməhəbbəti dillərə düşmüşdür. Məhəmmədin (s.ə.s) bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Məhəmmədə (s.ə.a.s) kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Məhəmməd (s.ə.a.s) bunun müqabilində Xədicəyə  böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir. Xədicənin Məhəmməddən (s.ə.a.s) daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Məhəmməd (s.ə.a.s) hörmətlə Əbül- Qasim (Qasimin atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında ikən ölmüş, Məhəmmədin (s.ə.a.s) Zeynəb, Ruqiyyə, Ümm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 6 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri