Dəyərimizi bilək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 9 538
Səs ver:
(səs: 5)
Yer üzündə müxtəlif heyvanlar, cürbəcür bitkilər var. Ancaq ən gözəl və ən ağıllı, digər heç bir canlı ilə müqayisə edilməyəcək qədər üstün xüsusiyyətlərə malik bir canlı vardır ki, bu da insandır. İnsan sevinir, kədərlənir, ağlayır, hisslərini ifadə edir, oxuyur, yazır, kəşflər edir, dünyanı qavramağa çalışır, bir sözlə, düşünmə qabiliyyətinə malikdir və bu xüsusiyyətinə görə bütün canlılardan fərqlənir.  Əslində, bir heyvanı götürək, o da insan kimi ürək, göz kimi orqanlardan ibarətdir, ancaq sadəcə heyvandır.
Bəli, biz insanıq və Allah bizi insan kimi yaradıb, yer üzündə ən üstün məxluq bizik. Buna görə çox dəyərliyik, Allah Özünü ən gözəl şəkildə insanda təcəlli etdirib, məhz buna görə üstünük. Dünyadakı bütün canlıları yaradan Allah`dır, ancaq Allah`ın Öz ruhundan üfürdüyü varlıq bizik, yəni insanlar.

Allah yeri, göyü və içindəki hər şeyi mükəmməl şəkildə yaratmışdır, gözümüzü hara çevirsək və diqqətlə baxsaq, Allah`ın ağlını və sonsuz gücünü görərük. Unudulmamalı bir şey də vardır ki, Allah bütün kainatı- yeri, göyü, hətta ulduz və planetləri də bizim üçün yaradıb və xidmətimizə verib. Sevinən, ağlayan, hisslərini ifadə edən ikinci bir varlıq tanıyırsınızmı? Məsələn, heyvanlar da müəyyən instinktlə hərəkət edirlər, insana aid bəzi xüsusiyyətlər onlarda da var, ancaq heç biri şüura sahib deyildir.

İnsan Allah`ın ruhunda yaratdığı bütün bu hissləri düşünəndə özünün maddi varlıq deyil, ruh sahibi varlıq olduğunu dərhal anlayır. Ruh maddəni idarə edir və istiqamətləndirir. Hiss edən ruhdur və bu hisslər vasitəsi ilə maddə, yəni bədənimiz və ətrafımızdakı hadisələr formalaşır. Ət və ya sümük parçası kədərlənə, sevinə, həyəcanlana, qərar verə, ağıl və mühakimə qabiliyyətinə sahib ola bilməz. Hiss edən, düşünən, qərarlar verən, sevinən, daima vicdanını dinləməyə çalışan ruhdur. İnsanın sahibləndiyi ruhu isə uca Rəbbimizin Quranda "Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!" ("Səcdə” surəsi, 7-9) ayələrində bildirdiyi kimi, əslində, Allah`ın ruhudur. Allah ağıl və şüur verdiyi, üstün yaradılışla yaratdığı insana göz və qəlb vermiş, ona ruhundan üfləmişdir. Ruh Allah`a aiddir. İnsanın sahibləndiyi ruhu Allah`ın ruhudur. Allah sonsuz ağıl və sonsuz yaratma gücü ilə elə mükəmməl şəkildə yaradır ki, dünya imtahanına görə ona verilən bu ruhu sahiblənə bilir.

Ruha sahib olmağımız da Allah`ın bizə başqa bir lütfüdür. Ona görə də öz dəyərimizi bilək, biz bu dünyaya boş vaxt keçirməyə, zamanımızı öldürməyə gəlməmişik və Allah da bizə bu qədər neməti boş yerə verməyib. Məsələn, bədəninizdə malik olduğunuz nemətləri bir anlıq düşünün və nəzərdən keçirin. Əgər bir qolunuz qopsa (Allah qorusun), heç bir həkim sizin əsl qolunuzu geri qaytara bilməz. Ancaq Allah bizə bunları təmənnasız verib və bizdən də istədiyi Onu tanıyıb sevmək, verdiklərini görmək və qədrini haqqı ilə təqdir edə bilməkdir. Elə isə kim olduğunuzu, bu dünyaya niyə gəldiyinizi, sizi kimin yaratdığını, bu qədər nemətləri sizə kimin bəxş etdiyini bir daha düşünün.

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zariyat surəsi, 56)

Nərmin Kərimzadə
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 9 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri