Qadın hansı hallarda oruc tutmaqdan azaddır?

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 4 636
Səs ver:
(səs: 5)
Qadın hansı hallarda oruc tutmaqdan azaddır? Tutmadığı orucların qəzası varmı?

Kişi ilə qadın üçün ümumi olan hökmlərdən əlavə, qadın daha üç halda oruc tutmaqdan azaddır. Birincisi, qadın heyzlidirsə və ya nifas (zahı) vəziyyətindədirsə, orucdan azaddır. İslam.az-ın məlumatına əsasən, sübh azanına kimi pak olsa, oruc tutmalıdır. Sübh azanından sonra pak olsa, o günün orucu batildir. İkincisi, əgər qadın hamilədirsə, oruc tutmaq onun özünün və bətnindəki körpənin sağlamlığına ziyandırsa, orucdan azaddır. Üçüncüsü, əgər qadının südəmər körpəsi varsa və oruc tutmaqla südü azalırsa, körpə də bundan əziyyət çəkirsə, bu halda da oruc tutmaqdan azaddır. Lakin hamiləliyə ziyan olmadığı və südü azalmadığı halda, orucunu tutmalıdır. Hər bir halda, oruc tutmazsa, sonradan günə-gün hesabı ilə qəza etməlidir, kəffarə də lazım deyil.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 4 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri