İmam Səccaddan (ə) ibratli kəlamlar

Müəllif: Meleknur
Şərhlər: 7
Baxılıb: 3 257
Səs ver:
(səs: 3)
"Allahın ən çox qəzəbləndiyi insan o kəsdir ki, (zahirdə) imamın yoluna tabe olsun, amma onun əməllərini izləməsin”.
(Əl-Kafi, 8, 234).

"Sədəqəndilənçinin əlinə çatmazdan əvvəl Allahın əlinə çatar” (yəni Allah onu tez dəyərləndirər və savabını verər).
(Üddətüd-dai, 59).

"Namaz qılarkən elə təsəvvür et ki, həyatında axırıncı namazı qılırsan”.
(Biharül-ənvar, 78, 160).

"Sənin üzərində Allahın qüdrətini düşünüb Ondan qorx və Allahın sənə yaxınlığını təsəvvür edib Ondan utan”.
(Biharül-ənvar, 78, 160).

"Allahın əmrlərini və Ona itaət etməyi, eləcə də, itaəti Allah tərəfindən vacib edilmiş kəslərə itaət etməyi bütün işlərdən əvvələ sal”.
(Tühəfül-üqul, 254).

"Möminin duası bu üç nəticədən birini verər: ya onun üçün (qiyamətə) azuqə olar, ya bu dünyada tezliklə həyata keçər, ya da ona gələsi bəlanı uzaqlaşdırar”.
(Tühəfül-üqul, 280).

"Mən bir xeyir əməli, - hətta az da olsa, - davamlı olaraq etməyi sevirəm” (yəni çox, amma davamsız əməldənsə, az, amma davamlı əməl mənə daha xoşdur).
(Vəsailüş-şiə, 4, 92).

"Peyğəmbər evdəki vaxtını üç hissəyə bölərdi. Bir hissəsini Allaha, bir hissəsini ailəsinə, bir hissəsini də özünə həsr edərdi”.
(Məkarimül-əxlaq, 1, 44).

"Ananın haqqı budur ki, biləsən: o, səni heç kimin heç kimi daşımadığı bir tərzdə (öz bətnində) daşıyıb və heç kimin heç kimə vermədiyi tərzdə öz qəlbinin meyvəsini sənə verib”.
(Əmaliyi-Səduq, 453).

"Hər kim camaata, onlarda olmayan bir cəhət üçün töhmət vursa, onun özünə də onda olmayan bir cəhət üçün töhmət vurarlar”.
(Biharül-ənvar, 75, 261).

"Bir möminin öz mömin qardaşının üzünə məhəbbətlə baxması ibadətdir”.
(Tühəfül-üqul, 282).

"Gördüm ki, bütün xeyir-bərəkət camaatın əlində olanlardan gözünü çəkməkdə cəm olub”.
(Biharül-ənvar, 73, 171).

"Bazara girib, əlimdə olan dirhəmə ailəmin istədiyi əti (və ya hər hansı ərzağı) almağı qul alıb azad etməkdən daha çox xoşlayıram”.
(Vəsailüş-şiə, 21, 543).
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri