Seyyidlər kimdir? Onların məqamı necədir?

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 5 278
Səs ver:
(səs: 1)
Müsəlmanların arasında xüsusilə də Əhli-beyt (ə) davamçılarının arasında seyyidlərin xüsusi ehtiramı və hörməti vardır. Bəs seyyidlər kimlərdir?

"Seyyid” sözünün lüğət mənası böyük, ağa və sərvər mənasını verir. Həzrət Peyğəmbərin (s) və onun övladlarının nəslindən olanlara seyyid deyirlər. Yəni o kəslərin nəsli ki, Haşim ibni Əbdmənafa çatır, seyyid sayılırlar.

Seyidlərin bəziləri Peyğəmbərin (s) əmiləri olan: Əbutalibin, Həmzənin, Abbasın nəslindən gəlir. Abbasın nəslindən gələnlərə bəni-Abbas deyirlər.

Həzrət Peyğəmbərin (s) oğlanları hələ kiçik yaşlarından dünyadan getmişdilər. Ona görə də Həzrətin (s) nəsli Fatimeyi-Zəhra (s.ə) vasitəsilə davam edir.

Bütün İmamlar (ə) və İmam Əlinin (ə) bütün övladları seyyid sayılırlar. Seyyidlik Peyğəmbərin (s) vasitəsilə gəlsə də, ancaq yalnız Həzrətə (s) aid deyildir. Bəlkə seyyidlik Bəni Haşimə də aid edilir. Yəni Əbutalibə, Əqilə, İmam Əliyə (ə), Həmzəyə, Cəfər Təyyara və onların övladlarına. Bir çox seyyidlərin şəcərə sənədləri mövcuddur və bu sənəd nəsildən-nəslə ötürülür və bu da onun seyyid olmasını sübut edir.

Seyyidlərin iki mühüm budağı:

1. İmam Əlinin (ə) üç övladından olan nəvələri. Bu oğlanlar: Muhəmməd Hənəfiyyə, Abbas ibni Əli, Ömər ibni Əli. Onlara ələvi seyyidliyi çatır.

2. İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəvələri. Onlara Haşimi seyyidliyi çatır.

Kərbəla hadisəsi zamanı İmam Səccaddan (ə) başqa İmam Hüseynin (ə) heç bir oğlan övladı sağ qalmır. Ona görə də Hüseyni seyyidliyi onu vasitəsilə davam edir. Sonrakı İmamların da seyyidliyi Hüseyni seyyidliyidir.

Seyyidlik - mənəvi bir şərafətdir. Həzrət Peyğəmbərin (s) nəslinin fəziləti haqqında çox sayda hədislər vardır. İmam Rza (ə) buyurur: "Biz nübuvvət nəslinin insanlar üzərində olan haqqımız Peyğəmbərə (s) görədir.”
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri