Nemətlər qarşısında davranış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 170
Səs ver:
(səs: 1)
alt

Vərdişin əmələ gətirdiyi baxış bucağını bir kənara qoyaraq hikmətli bir tərzdə ətraflarını müşahidə edən möminlər gördükləri hər şeyin ALLAHdan gələn bir nemət olduğunu anlayırlar. Gözlərinin, qulaqlarının, bədənlərinin, yedikləri bütün ərzaq və qidaların, nəfəslə alıb-verdikləri təmiz havanın, imkanlarının, sahib olduqları hər şeyin, mikroorqanizmlərdən ulduzlara qədər hər şeyin onların xidmətinə Uca ALLAH tərəfindən verildiyini anlayırlar. Belə ki, bu nemətlər sayılmayacaq qədər çoxdur. Rəbbimizin "Əgər ALLAHın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən ALLAH bağışlayandır, rəhm edəndir!" (Nəhl surəsi, 18) ayəsində bildirdiyi kimi, nemətləri hətta siniflərə ayıraraq saymaq da mümkün deyil..

Mömin insan ona qanuni ölçülərdə verilən bütün dünyəvi nemətlərdən yararlanır, amma bunlara aldanaraq ALLAHı, axirəti və Quran əxlaqına uyğun şəkildə yaşamağı əsla unutmur. Əlinə nə qədər yaxşı imkanlar (pul, vəzifə və s.) keçirsə-keçsin, bu hal onun zəifləməsinə, təkəbbür göstərməsinə, bir sözlə, Quran əxlaqından uzaqlaşmasına səbəb olmaz. Çünki mömin insan bunların hamısının ALLAHdan gələn bir nemət olduğunu və ALLAHın istəsə, bunları geri ala biləcəyini dərk edir. Dünyadakı nemətlərin müvəqqəti və məhdud olduğunu, bu nemətlərlə sınandığını, əsl nemətlərin isə cənnətdə olduğunu ağlından çıxarmır..

Quran əxlaqına uyğun yaşayan bir insan üçün mal, mülk, mövqe kimi dünya nemətləri onun yalnız ALLAHa yaxınlaşması və şükür etməsi üçün bir vasitədir. Müvəqqəti bir zaman kəsiyində yararlandırıldığını bildiyi dünya nemətlərinə sahib olmaq mömin insan üçün heç bir zaman məqsəd deyil. Məsələn, dünya həyatında istifadə ediləcək ən uzunmüddətli nemətlərdən biri olan evin insana verdiyi fayda təxminən 60-70 illik bir ömür ərzində olacaq. Insan onun dünya həyatı sona çatdığı zaman sahib ola bilmək üçün həyatı boyu çalışdığı, çox sevdiyi evini dünyada qoyub gedəcək. Aydındır ki, ölüm dünya nemətləri ilə insan arasında mütləq bir ayrılıq deməkdir.

Mömin ona verilən nemətlərin əsl və yeganə sahibinin ALLAH olduğunu, bunların yalnız Ondan gəldiyini bilir. Bu nemətləri var edən Rəbbimizə lazımınca şükür etmək, Ona məmnuniyyətini və minnətdarlığını bildirmək üçün əlindən gələni edir. Saysız nemətlərin əvəzində sözdə və əməli olaraq daim ALLAHa şükür edir, Onun nemətlərini xatırlamağa və izah etməyə çalışır. Bu mövzuda bəzi ayələr belədir:

"Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və Rəbbinin sənə olan nemətindən söhbət aç!" (Duha surəsi, 5-11)

"Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, ALLAH sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. ALLAHın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" (Əraf surəsi, 69)

Bəzi adamlar ALLAHa şükür etmək üçün onlara çox böyük, çox gözəl bir nemətin gəlməsini və ya çox böyük problemlərinin həll olunmasını gözləyirlər. Lakin bir az diqqət etsək, insanın hər bir anının nemət içində keçdiyini görərik.. Həyatı, səhhəti, ağlı, şüuru, beş duyğu üzvü, nəfəs aldığı hava və bunlara bənzər saysız-Hesabsız nemətlər ona fasiləsiz bir şəkildə, hər an verilir. Bu nemətlərin hər biri üçün ayrıca şükür etmək lazımdır. ALLAHı xatırlamaqda, yaradılış dəlillərini düşünməkdə zəiflik edən kimsələr qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olduğu zaman bilmir, bunlara görə şükür etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman onların dəyərini anlayırlar..
Əgər mömin ona verilən nemətlərə görə azğınlaşmayacağını, təkəbbür göstərib lovğalanmayacağını etdiyi şükürdə, bütün davranış və danışıqları ilə ALLAHa göstərərsə, ALLAH ona daha artıq nemət verər. ALLAHın Quranda verdiyi "Əgər mənə şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!" (İbrahim surəsi, 7) hökmü bunu ifadə edir.
Bütün nemətlər eyni zamanda insanın dünyada qarşılaşdığı imtahanın bir parçasıdır. Iman gətirənlər bu səbəbdən şükür etməklə bərabər onlara verilən nemətlərdən mümkün qədər xeyirli işlərdə yararlanır, xəsislik edərək onları yığıb toplamırlar. Çünki xəsislik edərək yığıb toplamaq cəhənnəm əhlinin bir xüsusiyyətidir. Rəbbimiz buna Quranda belə diqqət çəkir:

"Xeyr. Həqiqətən, o alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. Çağırır çıxanı, üz döndərəni. Və yığıb saxlayanı! Həqiqətən, insan çox həris yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar" (Məaric surəsi, 15-21)

ALLAH "ehtiyacınızdan artıq qalanı"nın (Bəqərə surəsi, 219) xeyirli və savab işlərə sərf olunmasını əmr edir. Quran əxlaqına görə, möminlər qazanclarından ehtiyaclarından artıq qalan hissəsindən xeyirli işlərdə, ALLAH yolunda istifadə edirlər..

mənbə: "Müsəlmanın 24 saatı" kitabından..
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri