Dua haqqında

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 4 763
Səs ver:
(səs: 4)
Bismillahir rəhmanir rəhim
— Dua-Allah-taalaya yalvarmaq, onu anlamaq, zikr etməkdir.
— Dua-Allah-taaladan yardım istəmək və ona qulluğunu bildirməkdir.
— Dua-ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Duanın qiymətini bilməliyik.
— Dua-ümidsizlərin ümid qaynağıdır.

Dua qəbul olunması üçün şərtlər:
— Bütün günahlardan tövbə etməli.
— Duadan qabaq bir savab qazanmalı.
— Duanı sidq ürəklə etməli.
— Duanı namazlı, qibləyə dönüb, diz üstə oturub etməli.
— Duanı edən şəxs, namazda olan kimi, sağa-sola baxmamalı, danışmamalı.
— Duanı başqaları eşitməməli.
— Dua edərkən ağzı təmiz və pak olmalı.
— Duanı ikiyə bölməməli, başlayıb bitirməli.
— Dua edərkən əllərini üzünə yaxın və açıq tutmalı.

Dua qəbul olan vaxtlar:
1. Azan vaxtı.
2. Səhər, gecə yarısından sonra.
3. Ərəfə günləri.
4. Cümə günləri.
5. Bayram günləri.
6. Ramazan ayı.
7. Qurani oxuduqdan sonra.
8. Namazdan sonra.
9. Kimsəsiz yerdə.
10. Yağmur vaxtı.
11. Rəcəb ayının son gecəsi.

Duası qəbul olunanlar:
1. Ata-ananın övladına.
2. Saleh övladın valideynlərinə.
3. Quran əhlinin.
4. Qiyabi oxunan dua.
5. Məzlumun duası.
6. Oruclu olanın.
7. Xəstələrin.
8. Yaxşılıq edənın və bilənin.
9. Hacıların.
10. Sıxıntıya düşənin.
11. Ömür yoldaşına itaət edən qadının.
12. Adil dövlət başçısının.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 4 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri