Məhəbbət və onun elan olunması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 147
Səs ver:
(səs: 2)
Qadın və kişinin qəlbinə qarşılıqlı məhəbbəti, eşqi Allah bəxş etmiş və onu öz varlığının nişanələrindən hesab etmişdir. Bu qadın və kişinin eşqinin, xüsusilə də kişinin qadına qarşı eşqinin əzəmətinin göstəricisidir.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!» («Rum» surəsi, ayə 21.) .
Bu eşq və məhəbət izdivacın ilk günlərində, hətta nikah bağlanmazdan öncə meydana gəlir. Qadın və kişi bu daxili ne᾽məti, həyata şirinlik bəxş edən bu ülvi hissi qorumaq üçün əllərindən gələni əsirgəməməli, ona zərbə vuran, nəticədə isə ilahi əzaba səbəb olan ünsürlərdən qəti şəkildə çəkinməlidirlər.
Həzrət Sadiq (ə) digərlərinin məhəbbətini cəlb etməyi bacaran şəxs haqqında dua etmişdir: «Allah-təala öz mərhəmətini insanların rəğbətini qazanan şəxslərdən əsirgəməsin». (Mizanül-hikmə, 2-ci cild, səh-205.)
Eşqi heç bir əqli və şər᾽i səbəb olmadan nifrətə çevirmək Haqqın ne᾽məti qarşılığında naşükürlük, onu qorumaq isə dünya və axirət sevincinin qarantıdır.
İmam Sadiq (ə) buyurur: «Vay olsun Allah ne᾽məti qarşılığında naşükürlük edənlərə. Xoş Allaha görə bir-birlərinə məhəbbət bəsləyən şəxslərin halına». (Vəsail, 16-cı cild, səh-171.)
Əli (ə) buyurur: «Ehsan və yaxşılıq baxımından ən fəzilətli şəxs, öz tərəf müqabilinə məhəbbət göstərməkdə öncül olan şəxsdir». (Mizanül-hikmə, 2-ci cild, səh-210.)
İnsan həyat yoldaşı və övladları kimi yaxınlarından əlavə, digər eşqə, məhəbbətə və dostluğa layiq şəxslərə sevgi bəsləyib, onlara ehtiramla yanaşmalıdır.
Hədisi-qüdsidə qeyd olunur: «Yaradılmışlar mənim əyalımdırlar. Onların ən sevimlisi digər məxluqata qarşı mehriban olan və öz ehtiyaclarını aradan qaldırmağa sə᾽y göstərənlərdir». (Kafi, 2-ci cild, səh-199.)
Yuxarıda qeyd etdiklərimizdən mə᾽lum olur ki, qadın və kişinin qarşılıqlı məhəbbəti Allah varlığının əlamətlərindən və Haqqın ne᾽mətlərindəndir. Həyatın davamı yalnız onun qorunması və artırılmasına bağlıdır.
İmam Sadiq (ə) buyurur: «Qadınlara məhəbbət bəsləmək peyğəmbərlərin əxlaqındandır». (Vəsail, 20-ci cild, səh. 22-23.)
Həzrət Peyğəmbər (s) buyurur: «Gözümün aşığı (nuru) namaz, ləzzət və sevincim dünya qadınları, xoş ətirli güllərim isə Həsən və Hüseyndir». (Həmən mənbə.)
İmam Sadiq (ə) buyurur: «Camaat dünya və axirətdə qadından aldıqları ləzzət qədər heç bir ləzzət almırlar. Allah-təala buyurmuşdur: («Ali-İmran» surəsi, ayə 14.)
İmam ayəni oxuduqdan sonra buyurdu: «Behişt əhli nikahdan aldıqları ləzzət qədər heç bir şeydən ‒ nə yeməkdən, nə də içməkdən ləzzət almırlar». (Vəsail, 20-ci cild, səh. 23-24.)
Rəsuli-əkrəm (s) buyurur: «Kişinin həyat yoldaşına dediyi «Həqiqətən, mən səni sevirəm» sözləri heç vaxt qadının qəlbindən silinmir». (Həmən mənbə.)
İmam Sadiq (ə) buyurur: «İnsanın qəlbində həyat yoldaşının məhəbbəti artdıqca, imanı da artır». (Həmən mənbə.)
Əlbəttə, diqqət yetirmək lazımdır ki, qadına qarşı eşq bəsləyərkən ifrata varmaq olmaz. Çünki ifrat eşq insanın haqq yolunda addımlamağına mane olur. Bu, qadının eşq vasitəsilə kişiyə hakim olmaq istəməsi zamanı özünü daha çox göstərir.
İnsanın hər bir hissi, hər bir duyğusu, o cümlədən qadına məhəbbəti Allaha olan imanına tabe olmalıdır. Onun qadına məhəbbəti günah qaynağına çevrilərsə, bu zaman bu ülvi hiss öz ilahi məcrasından çıxıb, şeytani cığırla hərəkət edər. Bu növ eşq Allah razılığından kənardır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri