Toyun vaxt və adətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 184
Səs ver:
(səs: 2)
Bə᾽zi ailələr nikah və toyun tələb etdiyi hər bir işi görmək üçün icazə olunduğunu zənn edirlər. Öz övladlarının nikah və toy mərasimləri zamanı onların özlərinin, dostlarının və qohumlarının istəyi ilə ilahi qadağalara əl atır və bununla məclisdən, qurulan büsatdan daha çox ləzzət almağı düşünürlər.
Lakin nikah və toy mərasimləri həddindən artıq əzəmətlə, vüqarla, şəxsiyyətə hörmətlə, günah və şəhvani meylləri təhrik edən amillərdən uzaq olaraq həyata keçirilməlidir. O, yalnız bu yolla Haqqın rəhmətini cəlb edər və Allahın bu izdivacı bərəkətli etməsinə səbəb olar.
Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: «Qeyri-haram ləzzətlərdən çəkinmək heç bir vəchlə lazım deyil».
Əlbəttə, nikah və toy mərasimləri zamanı şadlanmaq lazımdır. Gözəl səslə oxumaq, gülüb-danışmaq, müxtəlif şənləndirici proqramların icrası kimi şər᾽i amilləri yaddan çıxarmaq olmaz. Arifanə şe᾽rlər, şənləndirici, mə᾽nalı və ibrətamiz nəğmələr oxumağın, adətən, müsəlman qadınların belə mərasimlərdə icra etdikləri adət-ən᾽ənələrin heç bir şər᾽i maneəsi yoxdur. Belə günlərdə (sübhə qədər və ya gecənin bir hissəsini) oyaq qalmaq təbii bir adətdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «(Gecə yarısına qədər) oyaq qalmaq üç yerdə maneəsizdir: Qur᾽an oxuyarkən, elm oxuyarkən, gəlini ər evinə ötürərkən». (Bihar, 100-cü cild, səh-267.)
İslam toy mərasiminin gecə keçirilməsini daha məqsədə uyğun sayır. Buna görə, həzrət Zəhranın (s) toy mərasimi gecə keçirilmişdir.
Cabir Ənsari deyir: «Həzrət Peyğəmbər (s) Fatimənin əqdini Əli üçün oxuduqda, bə᾽zi dar düşüncəlilər «Siz qızınızı az bir mehr qarşılığında Əliyə verdiniz»-deyə e᾽tiraz etdilər. Həzrət (s) buyurdu: «Bu nikah mənim iradəm xaricindədir. Zəhranı Əliyə Allah vermişdir».
Toy gecəsi Rəsulullah (s) öz ağ və qara qatırını hazırladı. Üstünə bir qətfə ataraq Fatiməyə «Min»-deyə buyurdu. Salmana yəhəri tutmasını əmr etdi. Özü isə arxadan haylamaqla məşğul oldu. Yolda nəyinsə yerə enməsi səsini eşitdi. Nəzər saldıqda, Cəbrayıl və Mikayılın hər birinin yetmiş min mələklə öz yüksək dərəcəli məkanlarından yerə endiklərini müşahidə etdi. Onların yerə enmələrinin səbəbini soruşduqda belə cavab verdilər: «Fatiməni Əlinin evinə yola salmağa gəlmişik». Sonra təbrik etdilər. Mələklərin «Təkbir» sədaları ucaldı. O vaxtdan da gəlini yola salarkən «Təkbir» (Allahu əkbər) demək bir adət halını aldı. (Həmən mənbə, səh-266.)
Bəli, toy mərasimini, şadlıq, şənlik gecəsini bu şəkildə hazırlamaq lazımdır, çünki mələklərin və Allahın bərəkətinin nazil olmasına səbəb olur.
Həzrət Sadiq (ə) buyurmuşdur: «Gəlini ər evinə gecə aparın». (İzdivac dər İslam, 112.)
İmam Rza (ə) buyurmuşdur: Toy mərasiminin gecə keçirilməsi Rəsulullahın üslubudur. Çünki Allah gecəni aramlıq üçün yaratmışdır. Qadın da insanların aramlıq vasitəsidir». (Həmən mənbə.)
Rəsulullah (s) göstəriş verdi: «Əbdül Mütəllibin qızları, mühacir və ənsar qadınları toy gecəsi Zəhranın ardınca getsinlər. Şe᾽r oxuyub, şənlənsinlər. «Allahu əkbər» və «Əlhəmdulillah» desinlər. Allahın razılığı olmayan sözlər deməkdən çəkinsinlər». (Həmən mənbə; Müstədrək, «Nikah, bölümü, 31-ci fəsil.)
Zəhmət çəkib, hər iki ailənin də᾽vətini qəbul edən qonaqlar üçün süfrə açmaq İslam baxımından müstəhəb bir işdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Beş yerdə (vaxt) şənlik mərasimi qurulmalıdır: İzdivac zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdirdikdə, ev aldıqda və Məkkədən qayıtdıqda». (Həmən mənbə.)
Rəvayətlərdə qeyd olunur: «Həzrət Zəhranın (s) toy gecəsi həzrət Peyğəmbər (s) buyurdu: «Ey Əli! Həyat yoldaşına ehtiram olaraq yaxşı yemək hazırla». Sonra sözünü davam etdirərək dedi: «Ət və çörəyini biz verərik. Xurma və yağını isə siz». Əli (ə) buyurur: «Mən xurma və yağ aldım. Peyğəmbər (s) qollarını çırmayıb, xurmanı əzərək yağa tökdü. Qatışdıraraq «His» (Xurma, yağ, qrud və ya onun qarışığı.) şəklinə saldı. Həzrət (s) bir qoç göndərdi. Onu kəsdik. Çoxlu miqdarda çörək bişirdilər. Həzrət (s) buyurdu: «İstədiyin hər bir şəxsi də᾽vət et». Mən məscidə gedib, «Fatimənin şənlik mərasiminə də᾽vətimi qəbul edin»-deyə səsləndim». (İzdivac dər İslam, 91.)
Peyğəmbər (s) toy mərasimində iştirak etmək üçün olunan də᾽vətlə bağlı buyurur: «Toy mərasiminə də᾽vət olunduqda tələsməyin. Çünki o, dünyanı, zahiri həyatı yada salır. Cənazə dəfninə də᾽vət olunduqda çox tələsin. Çünki o, axirəti yada salır».
Əziz ailələr nikah və toy mərasimini elə bir şəkildə təşkil etməlidirlər ki, uşaqlar, gənclər, yeniyetmələrdə günaha qarşı meyl, rəğbət yaranmasın. Oraya də᾽vət olunan mö᾽min camaat, mö᾽minə qadınlar rahat, istədikləri şəkildə iştirak etsinlər.
İslami prinsiplərə müvafiq, İlahi hüdudların qorunması şəklində keçirilən şənlik mərasimləri gənclər üçün böyük bir dərs və Allah lütfünün və mərhəmətinin nazil olacağı məkandır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri