İslamiyyətin əvvəllərində evlənmək nümunələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 064
Səs ver:
(səs: 2)
İslam dininin ilk çağlarında izdivac mərasimləri adətən çox sadə surətdə keçirilərdi.
Bir gün bir qadın Allah Rəsulunun (s.a.a.) hüzuruna gəlib, ona ərə getmək niyyətində olduğunu bildirir. Amma Peyğəmbər (s.a.a.) onunla evlənmək istəmir, bununla belə, o qadını da naümid etmək istəmir. Buna görə də mübarək başını aşağı dikir. Elə bu vaxt məclisdəki səhabələrdən biri ayağa qalxıb "Ya Rəsulullah, əgər siz istəmirsinizsə onda məni onunla evləndirin” deyir.
Həzrət üzünü qadına tutub soruşur: "Razısanmı?”
O qadın "Bəli, ya Rəsulullah!” deyə cavab verir. Sonra o kişiyə buyurur: "Mehriyyə üçün nəyin var?” O da "Bu geyindiyim köynəkdən başqa heç bir şey yoxumdur.” deyə cavab verir. Həzrət sual edir: "Qur`an bilirsənmi?” Deyir: "Vaqeə surəsini əzbər bilirəm.” Həzrət qadından soruşur: "Vaqeə” surəsinin sənə öyrətməsi müqabilində bu kişiyə ərə getməyə razısanmı?” Qadın razı olduğunu bildirir. Peyğəmbər (səlləllahu əleyhi və alih) beləliklə kəbin xütbəsini oxuyub qadının nikahını o kişi üçün bağlayır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri