Ailə mühitinin pozulması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 190
Səs ver:
(səs: 2)
Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu aradan qaldırmaq üçün məs`uliyyət daşıyırlar. Mə`sum İmamların (ə) hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı qalmayınca gecəni sübh etməyin. Kiçik və cüz`i ixtilaflar üst-üstə toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır. Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi işlərdən biridir.( Bu, Peyğəmbərdən nəql olunan bu hədisin məzmunudur ("Vəsailüş-şiə”, 14-cü cild, səh.266)) Əgər yaşayış acı həyata səbəb olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə çətinlək çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar, həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri