Hicabın qanunları

Müəllif: emis
Şərhlər: 13
Baxılıb: 1400
Paylaş:
Səs ver:
(səs: 0)
İldən ilə ölkəmizdə müsəlman qadınların sayı artır. Bu çox sevindirici bir haldır.

Lakin, təəssüf ki, müsəlman bacılarımızın bir çox hissəsi müsəlman qadının geyim forması haqqında (hicab) olduqca az məlumatlıdırlar.

Hicab çoxları fikirləşdiyi kimi tək baş örtüyü deyil. Hicab müsəlman aləmində qadın üçün müəyyən edilmiş dress-koddur. Hicab Allahın hökmüdür. Bu haqda Müqəddəs Qurani-Kərimdə deyilir:

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!). (Nur surəsi, 31)

Bu çox mühüm məsələdir. Hicabın əsas funksiyası qadının gözəlliklərini gizlətmək və bunun nəticəsində onu qorumaqdır. Hicablı (söhbət, təbii ki, əsl hicabdan gedir) qadın kişilərin diqqətini cəlb etmir və nəticədə özünü daha rahat və müdafiə olunmuş hiss edir. Müqəddəs Qurani-Kərimdə oxuyuruq:

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab surəsi, 59)

Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab surəsi, 33)

Müsəlman qadının geyim forması mütləq aşağıda göstərilən şərtlərə cavab verməlidir. Nəzərinizə çatdıraq ki, belə geyim forması yalnız ictimai yerlər üçün nəzərdə tutulub. Öz ailəsində, onun üçün məhrəm olan insanların arasında qadın (təbii ki, əxlaq qaydaları aşmamaq şərti ilə) istədiyi paltar geyinə bilər. Beləliklə, müsəlman qadının dress-kodu:

- Müsəlman qadının paltarı onun bütün bədənini (üz və əllər istisna olmaqla) örtməlidir. Saçlar, boyun hissəsi mütləq örtülməlidir.

- Paltar boş olmalıdır ki, qadının bədən forması (xüsusilə sinəsi, beli, budları) müəyyən olunmasın. Bunun üçün paltar kifayət qədər qalın parçadan tikilməlidir.

- Paltar çox şux, parlaq rənglərdə yox, daha tünd və solğun rənglərdə olmalıdır ki, ətrafdakıların diqqətini cəlb etməsin.

- Paltar çox bahalı, dəbli və qeyri-adi (ekstravaqant) olmamalıdır. Bu qadının baş örtüyünə də aiddir.

- Cəlbedici aksesuarların (iri qolbaqlar, zəncirlər, kəmərlər və s.) taxılması bəyənilmir. Bu qayda qeyri-adi qadın çantalarına da aiddir.

- Bahalı zinət əşyaları qadın yalnız örtüyün altında taxa bilər. Bu qızıl qolbağlara, zəncirlərə və s. aiddir. Baş örtüyünün altında sırğa taxmaq olar (sırğalar görünməməlidir).

- Ətirlərdən (burada bütün növ ətirlər nəzərdə tutulur) və kosmetikadan qadın yalnız öz evində, onun üçün məhrəm olan ailə üzvlərinin yanında istifadə edə bilər. İctimai yerlədə (habelə toy və s. məclislərində) qadın ətir və kosmetikanın istifadəsindən çəkinməlidir.

- Hündürdaban ayaqqabılar da müsəlman qadının dress-koduna uyğun deyil. Hündür dabanlı ayaqqabılar yeridikdə səs çıxarır və bu ətrafdakıların diqqətini cəlb edə bilər. Bundan əlavə belə ayaqqabılar qadının yerişini daha cəlbedici edir.

- Paltar kişi paltarına bənzəməməlidir.

Hicab dedikdə tək xarici deyil, daxili hicab da (müəyyən əxlaq qaydalarına riayət etməsi) nəzərdə tutulur. Bu çox vacibdir.

Allah bizi səhvlərdən qorusun! Allah imanımızı daha kamil etsin! Amin!

Bu kimi geyim növləri diqqəti cəlb edir və hicab sayılmır!

 

 

 

 


loading...
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 1400
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mrs.Kemale
Sitat: ♥ KaMa ♥
eşitmişəmki hicab taxmayan biri axirətdə saçlarından asılır(( məndə hicab bağlamıram Allah keçsin günahımdan
9 avqust 2016 21:52
13
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Offline
♥ KaMa ♥
eşitmişəmki hicab taxmayan biri axirətdə saçlarından asılır(( məndə hicab bağlamıram Allah keçsin günahımdan
29 avqust 2015 23:57
12
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
Catwoman666
Hicab bəzəyi örtmək üçündür! Hicablı xanımlar qaydalara da əməl etməlidir. Təəssüf ki, mən özüm hicablı deyiləmciyy axirətdə nolacaq, necə cavab verəcəm bilmirəm((

...666...
30 iyul 2015 13:49
11
Viking
Offline
VIP
Dogrudu riayət etmək lazımdı mən də baglamag istəyirəm Allah şeytana lənət etsin hicab geyinməyə gecikməyim
28 iyul 2015 18:35
10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Aydan Habili
Rəbbimiz hicab geyinməyən xanimlarin günahindan keçsin içi mən qarışıq amin
28 iyul 2015 16:40
9
Offline
Meleknur
Men ber bezek taxmiram bele hundur dabanda geyinmirem toya gedende geyirem o da uzun paltarin altinda qalir toyda ses kuyden hec ayaqqabinin sesi cixmir bele toyada geden deyilem ickisiz toy meclisine birde yaxin qohum toyuna walvar geyinende ustunden uzun kofta geyinirem budun filan bilinmir
28 iyul 2015 11:32
8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
vipbetul
burda yazılanlar bıze aıddıye tekı Rebbım bızı seytandan uzaq edıb esl hıcabı taxmaqı qısmet etsın Amın ınsallah

burda yazılanlar bıze aıddıye tekı Rebbım bızı seytandan uzaq edıb esl hıcabı taxmaqı qısmet etsın Amın ınsallah
27 iyul 2015 20:23
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Denizimm
ALLAH her birimize hicab taxmagi nesib etsin INWALLAH heart
27 iyul 2015 20:01
6

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Offline
Dosta_inam
Heqiqeten hicab geyinen onun butunlukde emel etmelidir, indi dar salvar geyib basina kasinka bsglayir adini da qoyur hicabliyam (bezileri) Allah her bir muselman qadina nesib etsin qelben hicab baglamagi, tesekkur.
27 iyul 2015 13:04
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Yusif Ulker
hicab qadinin ismetdir
27 iyul 2015 12:11
4
Offline
miraya
Aaa onda hicab orten qadinlarin hamisi mirt ucun ortur
27 iyul 2015 12:05
3
Offline
BARBI
Hicabli geyinirler altindan dar salvarlar legginsler. Bele hicab olmaz tam riayet olunmalidir.
27 iyul 2015 12:02
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Bebiw
Heqiqetende bele olmalidir
27 iyul 2015 11:18
1
sowu

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook