Kişinin naməhrəm qadının şəklinə baxması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 166
Səs ver:
(səs: 2)
Kişinin naməhrəm qadının şəklinə baxması

Məsələ 57: Kişi öz hicabına tamamilə riayət edən naməhrəm qadının şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın, istər onu tanısın, istərsə də tanımasın.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta
Sistani: "Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
Məsələ 58: Əgər naməhrəm şəxs şəkildə kamil hicaba riayət etməzsə, bu halda əgər kişi o qadını tanıyırsa, onun şəklinə baxa bilməz, əgər tanımırsa, naməhrəmin şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.
İmam: "Əhkami-banovan" kitabındakı İstifta, 44-45-ci suallar, səh.33.
Bəhcət və Xamenei: İstifta
Təbrizi: "Siratun-nəcat", 876-cı sualdan istifadə etməklə.
Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.
Sistani: Əgər naməhrəm qadın şəkildə kamil hicaba riayət etməmişdirsə, mübtəzəl qadınlardan (ona hicabı əmr etdikdə, etina etməyən pis hicablı, yaxud ümumiyyətlə hicabsız qadınlardan) olmazsa, kişi də onu tanıyırsa, ehtiyat-vacibə görə o şəklə baxmamalıdır, bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. "Minhacus-salehin", "nikah", məsələ: 37.
* NƏTİCƏDƏ: Əgər kişi qadını tanımırsa, yaxud qadın mübtəzələ qadınlardan olarsa, yaxud öz hicabına kamil şəkildə riayət etmişsə, onun şəklinə baxmağın eybi yoxdur.
Məkarim: Qadın şəri hicabın qorunub saxlanmasına etina edirsə, onun hicabsız olan şəklinə baxmağın işkalı var, yalnız onu tanımasa və öz ardınca bir fəsad gəlməzsə, bu, istisna olunub. "Tovzihul-məsail", məsələ: 2087.
* NƏTİCƏDƏ: Ya kişi qadını tanıyır, ya tanımır, əgər tanımırsa, onun şəklinə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalsızdır. Əgər onu tanıyırsa, bu halda qadın İslam hicabını qoruyub saxlamağa özünü iltizamlı bilirsə, onun şəklinə baxmaq – şəkildə kamil hicablı deyilsə – caiz deyildir. Əgər hicabın qorunub saxlanmasında iltizamlı deyilsə, kişi onu tanısa da, lakin onun şəklinə ləzzət və reybə qəsdi olmadan baxırsa, eybi yoxdur.
* NƏTİCƏDƏ: Kişilər qohum-əqrəbalarında olan hicabsız qadınların albom şəkillərinə baxa bilməzlər.
Məsələ (Sual) 59: Qeyri-müsəlman qadınlarının, yaxud İslam hicabına kamil şəkildə riayət etməyən müsəlman qadınlarının şəklinə baxmağın hökmü nədir?
Cavab: Əgər kişi qadınları tanımazsa və bu baxışdan fəsad gələcəyindən qorxmazsa, ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur, baxmayaraq ki, müstəhəb-ehtiyat bunu tərk etməkdir.
İmam, Bəhcət, Xamenei və Məkarim: İstifta
Təbrizi: "Siratun-nəcat", 176-cı sualdan istifadə etməklə.
Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.
Sistani: Qeyri-müsəlman qadının şəkli olarsa, yaxud İslam hökmlərinə əhəmiyyət və etina etməyən qadının şəkli olarsa,
ləzzət və reybə qəsdi olmadan onların şəklinə baxmağın işkalı yoxdur.
"Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
Məkarim: Əgər qadın qeyri-müsəlmandırsa, yaxud şəri qayda-qanunlara iltizamlı deyilsə, bu halda reybə və ləzzət qəsdi olmadıqda baxmağın işkalı yoxdur.
"Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.
Məsələ 60: Həddi-büluğa çatmamış uşağın şəklinə, istər qız olsun, istərsə də oğlan, əgər ləzzət qəsdi ilə olmazsa və insan günaha düşəcəyindən qorxmazsa, işkalı yoxdur.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta
İmam: "Təhrir", 2-ci cild, 8-ci məsələdən istifadə etməklə, səh.752.
Təbrizi: "Siratun-nəcat", 889-cu sualdan istifadə etməklə.
Məsələ 61: Əgər bir şəxs başqasının şəklinə baxmaqla günaha düşəcəyindən qorxarsa, ona baxmamalıdır.
İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil və Məkarim: İstifta
Sistani: "Minhacus-salihin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
Məkarim: "Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.
Məsələ 62: Başqasının görməsi haram olan şəkli insanın ona göstərməsi caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Fazil, Sistani: İstifta
* NƏTİCƏDƏ: Qadınlar öz ərlərinə, qardaşlarına və ya atalarına onlarla naməhrəm olan və onların şəklini görmək onlar üçün caiz olmayan hicabsız qadının (rəfiqələrinin, qonşu qızlarının və ya digər qadınların və s.) şəklini göstərməməlidirlər.
Məsələ (Sual) 63: Naməhrəm qadının uşaqlıq çağındakı şəkli kifayət qədər hicabı olmazsa, ona baxmağın hökmü nədir?
Bəhcət: Ləzzət qəsdi ilə olarsa, caiz deyildir.
İstifta
Təbrizi, Xamenei, Fazil və Məkarim: Əgər bu görmə onların hörmətsizliyinə və insanın şəhvətinin təhrik olunmasına səbəb olmazsa, işkalı yoxdur.
Təbrizi: "Siratun-nəcat", Sual: 889.
Xamenei, Fazil, Məkarim: İstifta.
Əgər şəkil o qadının hazırkı surəti ilə uyğun olmazsa, ona baxmağın öz-özlüyündə caiz olması uzaq nəzər deyildir. Amma şəkil o qadının hazırkı şəkli ilə uyğun olarsa, ehtiyat-vacibə görə ona baxmaq olmaz. İstifta
Məsələ 64- Hər bir şəklə ləzzət qəsdi ilə baxmaq haramdır, istər kişi şəkli olsun, istərsə də qadın, istər məhrəm olsun, istərsə də naməhrəm, istər insan şəkli olsun, istərsə də başqa şəkil (bu hökmdən həyat yoldaşının şəkli istisna olunur).
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil,Məkarim- İstiftaSistani- -Minhacus-salihin-, -nikah-, məsələ-27.
Məsələ 65- Mübtəzəl (ayıblı, erotik) şəkillərin al-veri və saxlanması haramdır və onları məhv edib aradan aparmaq lazımdır. İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim- İstifta
Məsələ (Sual) 66- Kişinin, dünyadan getmiş naməhrəm qadının şəklinə baxması onu tanıdığı halda caizdirmi?
Xamenei və Bəhcət: Əgər fəsad və reybə ilə yaxın olarsa, işkalı vardır, onların bəzi qisimləri yəqin şəkildə haramdır. İstifta
Təbrizi və Məkarim: Bu cür şəkillərə baxmaq caiz deyildir.
Təbrizi: "Siratun-nəcat", Sual: 901.
Məkarim: İstifta
Fazil: Əgər fəsadı olarsa, caiz deyildir. İstifta
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri