Quranı Tanıyaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 236
Səs ver:
(səs: 1)
Allahın endirdiyi bir kitabdır.

10:37. Bu Quran Allahdandır, başqası tərəfindən yalan olaraq uydurulmayıb. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və Kitabı açıqlayandır. Bunda heç bir şübhə yoxdur, aləmlərin Rəbbindəndir.
12:111. And olsun ki, onların qissələrində düşünənlər üçün ibrətlər var. (Bu Quran) uydurulmuş bir söz deyil. Özündən əvvəlki kitabları təsdiqləyən, hər şeyi fərqli üsullarla açıqlayan və iman edən bir topluluq üçün hidayət və rəhmətdir.
13:1. Əlif, Lam, Mim, Ra. Bunlar Kitabın ayələridir. Və Sənə Rəbbindən endirilən haqdır. Lakin insanların çoxu iman etməzlər. 
32:2. İçində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir.
34:6. Özlərinə elm verilənlər Rəbbindən sənə endirilənin haqqın özü olduğunu və üstün, güclü, tərif edilməyə layiq olanın (Allah) yoluna yönəltdiyini görürlər.
39:1. (Bu) Kitabın endirilməsi, üstün və güclü olan hökm və hikmət sahibi olan Allahdandır.
40:2. Bu Kitabın endirilməsi Əziz və Alim olan Allahdandır. 
41:2. (Bu Quran) Rahman və Rahim olanın qatından nazil olub.
41:42. Batil, ona önündən də arxasından da gəlməz. (Çünki Quran) Höküm və hikmət sahibi, çox tərifəlayiq (Allah) tərəfindən endirilmişdir.
45:2. Kitabın endirilməsi, üstün və güclü olan hökm və hikmət sahibi Allahdandır.
46:30. Onlar dedilər: "Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!”
76:23. Həqiqətən də Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

2. Bəşər Sözü Deyil
69:43-47. (O) Aləmlərin Rəbbindən endirilmişdir. Əgər o (Rəsul) bizə qarşı bəzi sözlər uydurub söyləmiş olsaydı, şübhəsiz ki, biz onu qüvvətlə yaxalar, sonra onun can damarını mütləq kəsərdik. O zaman sizdən heç biriniz buna mane ola bilməzdiniz.

3. Digər Kitablardakı Haqqı Doğrulayan, Təsdiq və Teyid Edən bir Kitabdır.
5:48. (Ey Məhəmməd) Sənə də öncəki kitablardakı (haqqı) təsdiq edici və onları qoruyucu olaraq Kitabı endirdik. Elə isə aralarında Allahın nazil etdiyi ilə hökm et və sənə gələn haqdan uzaqlaşıb onların arzu və istəklərinə uyma. Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah diləsəydi sizi bir tək ümmət qılardı; lakin (bu) sizə verdikləri ilə sizi sınaması üçündür. Artıq xeyirdə yarışın. Hər birinizin dönüşü Allahadır. Haqqında anlaşılmağa düşdüyünüz şeylər sizə bir-bir xəbər veriləcək.

4. Xəbərdar edib, Qorxudan bir Kitabdır.
6:19. De ki: "Kimin şahidliyi daha böyükdür?” De ki: "Allah mənimlə sizin aranızda şahiddir. Sizi və onun çatacağı hər kəsi xəbərdar edib qorxutmağım üçün mənə bu Quran vəhy edildi... 
6:92. Məhz bu (Quran) öncəki kitabları təsdiqləyici və şəhərlərin anası (Məkkə) ilə ətrafındakıları xəbərdar edib qorxutmağım üçün endirilmiş müqəddəs Kitabdır. Axirətə iman edənlər buna inanırlar. Onlar namazlarına qarşı diqqətli davranarlar.
25:1. Aləmlərə xəbərdar edici və qorxuducu olsun deyə Furqanı endirən (Allah) nə ucadır. 
36:70. (Quran) Diri olanları xəbərdar edib qorxutmaq və küfrə düşənlərin üzərində sözün haqq olması üçün (endirilmişdir). 

5. Hidayət və Rəhmətdir
2:2. Bu, içində şübhə olmayan, müttəqilər üçün rəhbər olan bir Kitabdır.
5:16. Allah Onun rizasına uyanları bununla nicat yollarına çatdırır və onları izni ilə qaranlıqlardan nura çıxarır! Onları doğru yola yönəldir.
27:77. Və həqiqətən o, möminlər üçün bir hidayət və rəhmətdir. 
45:20. Bu (Quran), insanlar üçün bəsirət, doğru bir bilgiyə inanan qovum üçün də bir hidayət və rəhmətdir.

6. Mübin'dir (Açıq və Açıqlayan)
5:15.Ey Kitab Əhli, Kitabdan gizlətməkdə olduqlarınızın çoxunu sizə açıqlayan və bir çoxundan da keçən (sizə bağışlayıb üstünü vurmayan) elçimiz gəldi. Sizə Allahdan bir nur və açıq bir Kitab gəldi.
6:114. Allahdan başqa bir hakim qəbul edək? Halbuki O, sizə Kitabı açıqlanmış olaraq nazil etmişdir. Onlara Kitab verdiklərimiz, bunun həqiqətən Rəbbindən haqq olaraq endirilmiş olduğunu bilirlər. Bu halda şübhəyə düşənlərdən olma. 
12:1. Əlif, Lam, Ra. Bunlar açıq olan Kitabın ayələridir. 
15:1. Əlif, Lam, Ra. Bunlar Kitabın və açıq olan Quranın ayələridir. 
22:16. Biz onu (Quranı) açıq ayələr olaraq nazil etdik. Şübhəsiz Allah, dilədiyini hidayətə yönəldir.
26:2. Bunlar açıq olan Kitabın ayələridir.
36:69 Biz ona (Rəsula) şeir öyrətmədik; (bu) ona yaraşmaz. O (Kitab) sadəcə bir öyüd və açıq olan bir Qurandır. 

7. Burhan’dır (Dəlil, Hüccət Və İçində heç bir şübhə olmayandır)
4:174. Ey insanlar, Rəbbinizdən sizə "şübhəsiz bir dəlil (burhan)” gəldi və sizə açıq-aydın bir nur (olan Quranı) nazil etdik.
6:149. De ki: "Ən "üstün və açıq-aydın” dəlil Allahdandır. Əgər O diləsəydi əlbəttə hammınızı hidayətə yönəldərdi.”
21:24. Yoxsa Ondan başqa ilahlarmı tapnmışlar? De ki: "Dəlilinizi (burhan) gətirin. Budur mənimlə birlikdə olanların zikri və məndən öncəkilərin zikri.” Yox, onların çoxu haqqı bilmir və ona görə də üz döndərir! 
25:33. Onların sənə gətirdikləri elə bir örnək yoxdur ki, Biz (ona qarşı) sənə haqqı və ən gözəl izahı gətirməyək.
35:40. De ki: "Allaha şərik qoşduqlarınızı gördünüzmü? Söyləyin görək yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə şərikləri var?” Yoxsa Biz onlara Kitab vermişik ondan açıq bir dəlilə istinad edirlər? Xeyir, zülm etməkdə olanlar, bir-birilərini aldatmaqdan başqa heç nə vəd etmirlər.

8. Ziddiyyətsiz Bir Kitabdır.
4:82. Onlar hələ də Quran üzərində düşünmürlərmi? Əgər o, Allahdan başqasının qatından olsaydı şübhəsiz ki, içində bir çox ziddiyyətlər (ixtilaflar, təzadlar) görəcəkdilər. 
18:1. Kitabı quluna nazil edən və onda heç bir təzad yaratmayan Allaha həmd olsun.

9. Dəyişməz və Dəyişdirilməz bir Kitabdır
6:115. Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O eşidəndir, biləndir. 
10:15. Onlara ayələrimiz açıq-aydın bir dəlil olaraq oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər ki: "Bundan başqa bir Quran gətir və ya onu dəyişdir”. De ki: "Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə üsyan etsəm şübhəsiz ki, mən böyük günün əzabından qorxuram. 
15:9. Şübhə yoxdur ki, Zikri (Quranı) biz endirdik. Biz də onu qoruyacağıq. 
18:27. Sənə Rəbbinin Kitabından vəhy ediləni oxu. Heç kim Onun sözlərini dəyişdirə bilməz. Ondan başqa sığınacaq heç kim də yoxdur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri