İmam Həsənin (ə) hədislərindən

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 052
Səs ver:
(səs: 5)
"Hər tövbənin qapısı, hər hikmətin başı və hər əməlin şərəfi təqvadır”.

Soruşdular ki, kəramət nədir? Cavab verdi: "İstənilməzdən əvvəl bəxşiş etmək və özü qəhətlik içində ikən başqasını yeizdirmək”.

"Elə bir qövm yoxdur ki, məşvərət etmək nəticəsində kamala və tərəqqiyə doğru yönəlməsin”.

İmam öz övladlarına vəsiyyət etmişdi: "Oğlum, bir adamın hara gedib-hardan gəldiyini bilməyincə, onunla dostluq etmə. Onun vəziyyətindən xəbərdar olandan və kimlərlə oturub-dürdüğunu biləndən sonra onunla dostluq et. Amma şərt bağla ki, bir-birinin səhvlərindən keçəsiniz və çətinlik zamanı yanaşı olasınız”.

"Əsl yaxın o ksdir ki, qohumluq baxımından uzaq olsa da, dostluq və məhəbbət baxımından sənə yaxın olsun. Uzaq adam isə o kəsdir ki, qohumluq sarıdan yaxın olsa da, dostuq və məhəbbət baxımından səndən uzaq olsun”.

"Hər kim davamlı olaraq məscidə gedib-gəlsə, bu səkkiz xeyirdən birini qazanar: Allahın möhkəm ayələrini eşidib öyrənmək, faydalı dost əldə etmək, yenilənən elm qazanmaq, intizarında olduğu mərhəmətə nail olmaq, doğru yola aparan və ya səhv yoldan çəkindirən söz eşitmək, həya üzündən günahı tərk etmək və Allah qorxusu üzündən günahdan uzaq durmaq”.

"Ən sağlam qəlb şübhələrdən pak olan qəlbdir”.

"Hər kim ibadətə can atsa, onun vasitəsilə özünü təmizləmiş olar. Əgər nafilələr (mstəhəb ibadətlər) vacibata ziyan yetirsə, onları tərk edin (yəni müstəhəb ibadətlər sizi yorub, vacibatı layiqincə yerinə yetirməyinizə mane olsa, yalnız vacibatla kifayətlənin)”.

"Sizlərdən biriniz öz (din) qardaşı ilə görüşəndə onun alnındakı nur (səcdə) yerini öpsün”.

"Dünyadan ötrü elə çalış ki, guya dünyada əbədi qalacaqsan. Axirətdən ötrü elə çalış ki, sanki sabah öləcəksən. Əgər qohum-qardaşsız izzət-şərəf və qüdrətsiz zəhm, heybət qazanmaq istəyirsənsə, Allaha qarşı günah etmək zillətindən qurtulub, Allaha itaət etmək izzətinə daxil ol”.

"İnsanlar üç xasiyyət üzündən həlak (bədbəxt) olurlar: təkəbbür, hərislik və həsəd.

Təkəbbür dini həlak edər. İblis ona görə lənət qazandı.

Hərislik nəfsin düşmənidir. Adəm ona görə cənnətdən çıxarıldı.

Həsəd pisliklərin başlanğıcıdır. Ona görə Qabil Habili öldürdü”.

"Allahın əmrlərinə nisbətdə təqvalı olmağı və davamlı olaraq düşünməyi tövsiyə edirəm. Təfəkkür bütün yaxşılıqların atası və anasıdır (mənbəyidir)”.

"Səninlə necə rəftar olunmasını istəyirsənsə, insanlarla o cür rəftar et”.

"Zəmanət verirəm ki, Allaha razılıqdan başqa qəlbindən heç nə keçirməyən şəxs Allah dua etsə,  müstəcab olar”.

"Hər kim Allaha bəndəlik etsə, Allah hər şeyi ona müti (tabe) edər”.

(hədislər "Tühəfül-üqul”, "Biharül-ənvar” və "Məcmueyi-Vərram” kitablarındandır)
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 2 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri