Zəmzəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 173
Səs ver:
(səs: 5)
ZƏMZƏM:
İbrahim əleyhissalamın zövcəsi (xanımı), İsmayıl əleyhissalamın anası olan Həcər, su axtarmaq üzrə Səfa və Mərvə təpələri arasında gedib gələrkən, Zəmzəm quyusunun olduğu yerdə, Cəbrail (Cəbrayıl) əleyhissalam göründü. Topuğu ilə (və ya qanadıyla) torpağı qazıb suyu (Zəmzəmi) meydana çıxardı. Həcər (bu vəziyyəti görüncə) zay olmasın deyə dərhal suyun ətrafını çevirib, hovuz halına gətirdi. Bir tərəfdən də qabını doldurmağa çalışırdı. Su isə ovuc ovuc alındıqca təkrar fışqırırdı. Allahu təala İsmayılın anasına rəhmət etsin! O, Zəmzəmi öz halına buraxmış olsaydı, yaxud suyu avuçlamasa idi, şübhəsiz Zəmzəm axar bir çay olardı. (Hədisi-şərif-Buxari)
Zəmzəm suyu nə üçün içilsə, ona şəfadır. (Hədisi-şərif-Mir'ət--ül-Hərəmeyn)
Kim həcc niyyəti ilə Beyt-i şərifə (Kəbəyə) gəlib, Kəbə-i Şərif ətrafında yeddi dəfə təvaf etsə, gəzsə sonra Makâm-ı İbrahimə gəlib iki rükət təvaf namazı qılsa, ondan sonra Zəmzəm quyusuna gəlib, suyundan içsə Cənabi-Haqq onu anasından doğulduğu gün kimi günahından tərtəmiz edər. (Hədisi-şərif-Ahbâru Məkkə)
Zəmzəm içərkən, Qibləyə qarşı yönəlməli, ayaqda və üç qurtumda içməlidir. Zəmzəm içmədən əvvəl, bu duanı oxumalıdır: "Allahummə inni es'elüke elmən Nafia və ruziyə vasia və şifaen min külli daini və sekamin birahmetike ya Ərhamərrahimin (Allahım send ən faydalı elm, bol ruzi, hər cür xəstəlikdən şəfa istəyirəm. Ey mərhəmətlilərin ən mərhəmətlisi! Bunları sənin rəhmətinə güvənərək istəyirəm) "(Əyyub Səbri Paşa)
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 2 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri