Maraqlıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 683
Səs ver:
(səs: 0)

 

http://imgs.su/tmp/2012-02-01/1328081781-871.jpg


Duaların qəbul olmamasının 10 səbəbi.

Bir zamanlar Basra vilayətinin xalqı ibrahim Edhem həzrətlərinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.
Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə Ibrahim Edhem həzrətləri cavab olaraq buyurmuşdur:
-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.
Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.
İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.
Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.
Dördüncüsü: şeytan düşmanımızdır. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.
Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.
Altınçısı: Siz Cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.
Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq Etməmisiniz.
Səkkizincisi: Insanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.
Doqquzuncusu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.
Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz.


Çox çirkin səs..

 

Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:
- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.
Mövlana:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri