Sevimli oğlu İbrahimin ölümü

Müəllif: Lola_Maya_
Şərhlər:
Baxılıb: 554
Paylaş:
Səs ver:
(səs: 3)
Son müharibə olan Təbükdən sonra, Həzrəti Peyğəmbər İslamın inkişaf etdirilməsi ilə, ətrafdan gələn heyətləri qəbul edib onlara təlimat verməklə məşğul idi.

Dinin kamala yetişdiyini gördüyü üçün məmnun idi. Oğlu Həzrəti Peyğəmbərin səadətini tamamlayırdı. İbrahim 16 və ya 18 aylıq olmuşdu. Heyətlə görüşlərdən və irşadını yerinə yetirəndən sonra, Həzrəti Peyğəmbər dərhal evinə gedər, körpəsini qolları arasına alaraq öpüb-sığallayardı. Qəlbindəki ata məhəbbətinin hamısını bu kiçik oğluna verirdi. Çünki övladlarının bəzilərini kiçik yaşlarından itirmiş, bəziləri isə ana olduqdan sonra ölmüşdülər. Həyatda yalnız çox sevdiyi qızı Fatma qalmışdı. Bir də İbrahim var idi. İndi o da xəstələnmişdi. Bir gün Əbdürrəhman İbni Avfa istinadən İbrahimin xəstə yatdığı, Mariyənin bağdakı evinə getdi. Oğlunu qucağına aldı. Onun məsum üzü solmuşdu. Məlul baxışlarla baxırdı. Xəstəliyin ucbatından taqətsiz qalan körpəsinə baxaraq: "Allaha qarşı əldən nə gələr, ya İbrahim?" dedi. Gözlərindən axan iri-iri göz yaşları yanaqlarından süzüldü.

Nəhayət, Haqqın əmri vaqe oldu. İbrahimin məsum ruhu göylərə uçdu. Bədəni hərəkətsiz qaldı. Həzrəti Peyğəmbər göz yaşları arasında bu həzin cümlələri söylədi:

- Bu iş bir Haqq əmri olmasaydı, vədən tamam olmasaydı, sonra gələnlər əvvəl gələnlərə qarşımağa məhkum olmasaydı, sənin ölümünə daha çox yanardıq, körpəm.

Bir müddət dərin bir səssizlik hökm sürdü. Sonra bunları dedi:

- Göz yaş tökür, qəlb yanır. Allahın rizasına uyğun olandan başqa bir söz söyləyə bilmərik. Ey İbrahim, səni itirdiyimiz üçün dərin bir hüzn içindəyik.

Yanındakılar Həzrəti Peyğəmbərin ağladığını görərək, ona ybunu qadağan etdiyini söylədilər. Onlara bu cavabı verdi:

- Mən hüznü qadağan etmədim. Bağıra-bağıra ağlamağı yasaq etdim. Məndə gördüyünüz bu yaşlar, qəlbdəki sevgi və mərhəmətin əsəridir. Qəlb yanar, göz yaş tökər. Kim ki, mərhəmət göstərməz, başqaları da ona mərhəmət etməz.

İbrahimin tabutu çiyinlərdə daşınaraq torpağa verildi. Peyğəmbər Namazını qıldı. Məzarı düzəltdi, üstünə bir az su səpdi, məzara bir nişan qoydu və:

- Faydası da yoxdur, zərəri də. Heç olmasa, dirini təskin edir.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 554
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook