Aşura hadisəsi (geniş təfərrüatlı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 058
Səs ver:
(səs: 1)
Aşura hadisəsi
Düz 1371 il bundan öncə İraq ölkəsində Kərbəla səhrasında böyük bir hadisə baş verdi. Bu hadisədə ən sadə cinayətlər başların kəsiləməsi və cəsədlərin üstündən atların çapılması və peyğəmbərin balalarının əsir aparılması idi. Görəsən bu hadisəyə səbəb olanlar və tarixdə görünməmiş bu cinayətləri kimlər törətmişdir.
Görəsən bu cinayətkarlara tarix cinayətkar kimi tanıyır ya onlara bəraət qazandırır.
Bunları bilmək üçün gərək bir az gözümüz açıq, vicdanımız oyaq olsun və oyaq vicdanla tarixin qan səhifələrini vərəqləyəq. Hicrətin 60-cı ilində yəni peyğəmbərin vəfatından 47 il sonra Müaviyə dünyasını dəyişdi. O dünyasını dəyişən zaman Yezid Huran məntəqəsində istirahətdə idi. Zəhhak Yezidə məktub yazaraq onu xəbərdar etdi.
Yezid Müaviyənin dəfnindən 3 gün sonra gəlib çıxdı. Minbərə çıxıb xütbə oxudu. Atasının camaatdan aldığı vergiləri ləğv edib camaatdan beyət aldı. Sonra Mədinənin hakimi Vəlid ibni Əqəbəyə məktub yazdı. O məktubda yazdıqlarının bir hissəsi bu idi:
Hüseyn ibni Əlidən, Əbdullah ibni Ömərdən və Əbdürrəhman ibni Əbubəkrdən və İbni Zübeyrdən kəskin şəkildə beyət al. Onlardan hər biri boyun qaçırarsa başlarını kəsib mənə göndər. Məqtəl Xarəzmi, c, 1, s, 178-180. İmam Hüseyn (ə) Vəlidin məclisinə dəvət olundu. İmam Vəlidin məclisində buyurdu: Ey Vəlid biz peyğəmbərin əhlibeytiyik. Yezid çoxlu şərab içir və nahaq qanlar tökür və aşkara günah edir. Mənim kimi bir insan Yezid kimisinə beyət etməz. Məqtəl-Müqərrəm, s, 50.
İmam Hüseyn (ə) onlardan ayrılıb cəddi peyğəmbərin qəbrini ziyarət etdi.
Vəlid yenidən sübh vaxtı Yezidin fərmanını imama oxudu. İmam buyurdu: Yezid kimi bir kəs hakimiyyətə gələn zaman islamın fatihəsini oxumaq lazımdır. Cəddim peyğəmbərdən eşitmişəm ki, buyrumuşdur:
Xilafət Əbu Süfyan ailəsinə haramdır. Əl-Luhuf, s, 13.
İkinci gecədə babası peyğəmbərin qəbrini ziyarət eidib vidalaşdı. Bəziləri imamın bu səfəri ilə müxalif idilər. O cümlədən Məhəmməd Hənəfiyyə və Ümmü Sələmə.
Ümmü Sələmə imama dedi:
İraqa səfər etməklə məni kədərləndirmə. Çünki mən baban peyğəmbərdən eşitdim ki, buyurdu:
Oğlum Hüseyni İraqda Kərbəla deyilən bir yedə qətlə yetirəcəklər.
Mədinətül-Məaciz, s, 224.

İmamın vəsiyyəti
İmam Məhəmməd ibni Hənəfiyəyə vəsiyyət etdi:
O vəsiyyətində Allahən varlığına peyğəmbərin peyğəmbərliyinə və qiyamətin doğruluğuna şəhadət verəndən sonra buyurdu:
Mən boş yerə və fəsad örtmək üçün qiyam etmirəm. Mən babam peyğəmbərin dinini islah etmək və yaxşlığa dəvət etməkdən və pislikdən çəkindirməkdən ötrü qiyam edirəm. Məqtəl Müqərrəm, s, 58.
İmam Rəcəb ayının 28 Mədinədən Məkkəyə tərəf hərəkət etdi.
Şaban ayının üçü Məkkəyə daxil oldular. İmam Məkkədə olduğu müddətdə kufədən çoxlu məktublar gəlir və o həzrəti Kufəyə dəvət edirdilər. İmam ona görə özündən qabaq əmisi oğlu Müslimi Kufəyə göndərdi. Müslimdə camaatda imama olan məhəbbəti və sevgini gördükdə imama məktub yazaraq, onun Kufəyə gəlməsini məsləhət gördü. Lakin Kufə camaatı İbni Ziyadın Kufəyə gəlişi ilə Müslimi tək buraxdılar və nəhayət Müslim İbni İzyad tərəfindən qətlə yetirildi.
Yezid Fərmana verdi ki, İmam Hüseyni harda görsələr qətlə yetirsinlər. Ona görədə İmam məcbur oldu Məkkədə həcc əməllərini tamamlamayaraq Məkkədən çıxsın. Tarix Təbəri, c, 6, 177. İmam müxtəlif məhəllələrdən keçərək axır Kərbəlaya gəlib çıxdı. İmam Hicrətin 61-ci ilində Məhərrəm ayının ikisində Kərbəlaya çatdı. Hürr Rəyahi ibni Ziyadın fərmanına əsasən İmamın hərəkətinə mane oldu. Bu minvalla İmam və tərəfdarları Məhərrəm ayının yeddisində tam mühasirədə idilər. Nəhayət Aşura gününün günəşi çıxdı və dünyanı başqa bir zülmət bürüdü.

Aşura günü
Aşura günü İmam və ətrafındakılar namazlarını qılıb namazdan sonra dualarını etdilər. Hələ duaları bitməmiş düşmənin döyüş təbilləri çalındı. İmam qadınların xeymələrinin dövrəsində qazdıqları xəndəkdə od yandırdı ki, düşmənlər hücum etməsinlər və düşmənlər bir cəhətdə vuruşsunlar.
Elə bu an İmam Hüseynə (ə) düşmənin qoşunundan nalayiq sözlər deyildi.
Şimr ibni Zil-Cövşən belə dedi:
Qiyamətdən qabaq cəhənnəm oduna tələsirsən?
İmam cavabında buyurdu:
Sən o oda daha da layiqsən!
Məhəmməd ibni Əşəs O imama belə dedi:
Ya Hüseyn cəhənnəm oduna tələsirsən?
İmam onun cavabında buyurdu:
Allah sənə, atana və qövmünə lənət eləsin ey Allahın, Peyğəmbərin və müsəlmanların düşməni!
İmam ilk xütbəni oxudu:
Ey Camaat mənim sözümü eşidin! Tələsməyin. Dayanın sizi moizə edim. Və sonra İmam onları moizə etdi.

Qadınların ağlaması
Bu zaman əhlibeyt xanımları ağladılar. İmam Əbəlfəzli və Əli Əkbəri onları sakitləşdirməkdən ötrü xeymələrə göndərdi. Sonra İmam buyurdu:
And olsun Allaha ki, onlar daha çox ağlayacaqlar. Tarix Təbəri, c, 4, 623.
Sonra İmam yenədə xütbəsinə davam etdi.

Hürrün tövbəsi
Hürr tövbə etdi və imam qoşuldu.
Kərbəlada qurban olanların bəziləri Bəni Haşimdən bəziləri isə qeyri Bəni Haşimdən idilər.
Bəni Haşim qurbanları:
İmam Hüseyn (ə).
Əli ibni Hüseyn (ə) (Əli Əkbər).
Əli ibni Hüseyn (ə) (Əli Əsğər).
Ümmül Bəninin oğlanları:
Əbbas ibni Əli (ə).(Əbəlfəzl).
Əbdullah ibni Əli (ə).
Cəfər ibni Əli, (ə).
Osman ibni Əli, (ə). İrşad, s, 233.
Məsud Səqəfinin qızı Leylanın oğlanları:
Əbdullah ibni Əli, (ə).
Əbubəkr ibni Əli, (ə). İrşad, s, 233.
İmam Həsənin (ə) oğlanları:
Qasim ibni Həsən (ə).
Əbdullah ibni Həsən (ə).
Əbubəkr ibni Həsən(ə).
Məhəmməd ibni Əbdullah ibni Cəfər,
Ovn ibni Əbdullah ibni Cəfər ki, bunun anası həzrət Zeynəb idi.
Əbdullah ibni Əqil,
Cəfər ibni Əqil,
Əbdurrəhman ibni Əqil,
Məhəmməd ibni Əbi Səid ibni Əqil,
Bəni Haşimdən olmayanlar
İbrahim ibni Hesyn əsədi,
Əbul Hətuf ibni Haris Ənasari,
Əbu Səmamə Saidi,
Əbu Amir Nəhşəli,
Əhməd ibni Məhəmməd Haşimi,
Ədhəm ibni Üməyyə Əbdi,
Əsləm türki, (İmamın qulu).
Üməyyə bini Səd Tayi,
Ənəs ibni Kahili,
Ənis ibni Məqəl Əsbəhi,
Büreyr ibni Əmr Həzrəmi,
Bişr ibni Əmr Həzrəmi,
Bəkr ibni Həyy Timi,
Cabir ibni Haris,
Cirət ibni Əli Şeybani,
Cövn (Əbuzərin qulu). Cüveyn ibni Malik Təmimi,
Cənadət ibni Haris Ənsari,
Cündəb ibni Hücr Kəndi,
Haris ibni İmruulqeys Kəndi,
Haris ibni Nəbhan,
Hubab ibni Haris,
Hubab ibni Ömər Şöbi,
Həbəşi ibni Qasim Nəhəmi,
Həbib ibni Məzahir Əsədi,
Həccc ibni Bədr Sədi,
Həccac ibni Məsruq (İmamın azan verəni). Hərs ibni Nəbhan,
Hürr ibni Yəzid Rəyahi,
Həlas ibni Əmr Raşibi,
Hənzələ ibni Səd Şəbani,
Xalid ibni Əmr bini Xaild,
Zahir ibni Əmr,
Züheyr ibni Bişr Xəsəmi,
Züheyr ibni Səlim Əzdi,
Züheyr ibni Qin Bəsli.
Ziyad ibni Üreyb Saidi,
Salim,
Salim ibni Əmr,
Səd ibni Hərs,
Səd. İmam Əlinin azad etdiyi kəs.
Səd, Əmr ibni Xalidin azad etdiyi kəs.
Səid ibni Əbdullah Hənəfi,
Səid ibni Hənzələ təmimi,
Səlman ibni Məzahib Bəcli,
Süleyman,
Səvar ibni Münim Nəhəmi,
Süveyd ibni Əmr,
Seyf ibni Haris ibni Səri,
Seyf ibni Malik Əbdi,
Suzəb ibni Əbdullah Həmədani,
Zərramə ibni Malik,
Aiz ibni Məsmə Aizi,
Abis ibni Şəbib Şakir,
Amir ibni Həyyan ibni Şüreyh,
Amir ibni Müslim Əbdi,
İbad ibni Mühacir Cəhəmi,
Əbdül-Əla ibni Yezid Kəlbi,
Əbdürrəhman ibni Ürvət ibni Qəffari,
Əbdürrəhman ibni Əbdullah Yəzni,
Əbdürrəhman ibni Məsud Timi,
Əbdullah ibni Ərci,
Əbdullah ibni Əbubəkr ibni Əbu Quhafə,
Əbdullah ibni Bəşir Xəsəmi,
Əbdullah ibni Ürvə Qəffari,
Əbdullah ibni Ümeyr Kəlbi,
Əbdullah ibni Yezid Əbdi,
Übeydullah ibni Yezid Əbdi,
Əqəbə ibni Səlman,
Əqəbə ibni Səlt Cəhəni,
Əyar ibni Səlxəb Əzdi,
Əmmar ibni Həssan Əzdi,
Əmmar ibni Səlamə,
İman ibni Kəəb,
Əmr ibni Əbdullah Cəndəi,
Əmr ibni Xalid Əzdi,
Əmr ibni Xalid Seydavi,
Əmr ibni Qərzə Ənsari,
Əmr ibni Məşiə,
Əmr ibni Cənadə Ənsari,
Əmr ibni Muta Cəfi,
Ümeyr ibni Əbdullah Məzhəri,
Qarib ibni Əbdullah Duəli,
Qasit ibni Züheyr Təğlibi,
Qasim bini Həbib Əzdi,
Qərrə ibni Qərrə Ənsai,
Malik ibni Ənəs Kahili,
Malik ibni Duduan,
Malik,
Malik ibni Əbdullah ibni Səri,
Məcmə Cəhəni,
Məcmə ibni əbdullah Aizi,
Məhəmməd ibni Biişr Həzrəmi,
Məsud ibni Həccac Timi,
Müslim ibni Övsəcə,
Mülim ibni Kəsir Əzdi,
Müsqit ibni Züheyr Təğlibi,
Müneəh ibni Səhm,
Moqe ibni Şəmamə Əsədi,
Nafe ibni Hilal Bəcli,
Nəsr ibni Əbi Nizər,
Nöman ibni Əmr Rasibi,
Nəim ibnni Əclan Ənsari,
Vazeh Rumi,
Vəhəb ibni Əbdullah Kəlbi,
Yəhya ibni Səlim Mazəni,
Yezid ibni Sübeyt Əbdi,
Yezid ibni Ziyad Əbuş-Şəşa,
Yezid ibni Məqəl,

İmamın qoşununda yaralı qalıb şəhid olmayanlar
1-Səvar ibni Hümeyr Əl-Calibi, bu 6 ay sonra dünyasını dəyişib şəhadət məqamına nail oldu.
2-Əmr ibni əbdullah Əl-Cəndəbi, 1 il sonra şəhadət məqamına nail oldu.
3-Həsən ibni Həsən İbni Əli (ə).
Sağ qalanlar
1-İmam Səccad,
2-Həsən ibni Həsən İbni Əli (ə).
3-Ömər ibni Həsən,
4-Qasimibni Əbdullah ibni Cəfər,
5-Zeyd ibni Həsən ibni Əli (ə).
6-Əqəbə ibni Səman,
7-Əl Müvəqqə ibni Səmamə Əl-Əsədi Əl Seydavi,
8-Müslim ibni Rəbah.

İmam neçə yaşında şəhid oldu?
Bu barədə müxtəlif nəzrələr vardır amma Tarixçilər ən əsas 58 yaşı zikr etmişlər.
İrşad, c,2 s, 133.
Əl Möcəməl-Kəbir Təbərani, c, 3, s, 105.
Əlistiab, c, 1, s, 397.
Əlbidayə vən-Nihayə, c,8, s, 200.
Məcməüz-Zəvaid, c,9 s,198.
Miladi Tarixi ilə isə Tarixud-Düvəlül Ərəbiyyə kiatbının yazdığına əsasən, 680-cı ildə, İyunun 10-na təsadüf edir.
Peyğəmbərin vəfatı ilə İmamın Şəhadəti arasında 50 il fasilə vardır. Tarixul-Xəmis, c,2 s,299.

Xeymələrin yandırılması
İmam Hüseyn (ə) şəhid olduqdan sonra xeymələrə od vurub yanırdılar. İmam Zeynul-Abidin buyurmuşdur ki:
"And olsun Allaha bacılarıma baxanda onların bir xeymədən çıxıb, o iri xeyməyə qaçmaqları yadıma düşür." Həyatul-İmamul-Hüseyn, c,3 ,s319.

Kəsilmiş başların qəbilələr arasında bölünməsi
Kəndə qəbiləsi 13 baş.
Həvazon qəbiləsi 20 baş.
Məzhəc qəbiləsi 7 baş.
Bəni Qeys qəbiləsi 9 baş,
Bəni təmim Qəbiləsi 17 baş.
Bəni Əsəd qəbiləsi, 16 baş.
Digər yerdə qalanlar isə, 7 baş.

Mübarək bədənlər isti qumlar üstə
Mübarək bədənlər 3 gün isti qumlar üstündə qaldı. Ənsabul-Əşraf, c,3, s,411. ƏlBidayə vən Nihayə, c,8 s,191.
Mübarək bədənləri dəfn edənlər.
O mübarək bədənləri Kərbəlanın yaxınlığında yerləşən bəni Əsəd qəbiləsi idi. Təkcə Əbəlfəzlin Bədəni ayrı dəfn edildi. Qalan şəhidlər isə birlikdə dəfn edildi. Həyatul-Umamul Hüseyn (ə),c, 3, s, 345.

Sual:
İmamın qiyam etməkdən hədəfi nə idi?
İmam Hüseyn (ə) ilk dəfə Mədinədən çıxan zaman şəffaf şəkildə öz hədəfini açıqladı. O həzrət buyurdu:
"Mən qiyam edirəm ki, cəddimin dinində yaranmış nöqsanları aradan qaldıram və onun dinini islah edəm. Yaxşlığa dəvət və pislikdən çəkindirmək istəyirəm."
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri