Aşura qiyamının şəraiti (2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 760
Səs ver:
(səs: 1)
Əvvəlki bəhsimizdə müsəlmanların dinə e᾿tiqadlı olması, namaz qılıb-oruc tutması, cihad etməsinə baxmayaraq, birdən-birə Hüseyn ibn Əlini (ə) faciəli surətdə şəhid etmələrinin səbəbləri barədə söhbət etdik. Bu məsələnin daha da aydınlaşması üçün bir daha geri qayıdıb, İslam tarixinin ilk illərini səhifələməliyik. Bu məqsədlə keçən bəhsimizdə İslam ölkəsinin Əli əleyhissəlamın şəhadətindən sonra, Müaviyə zamanından başlamış, Yezidə qədər olan dövri vəziyyətinə qısa da olsa, işarə etmişdik. Söylədiklərimizin xülasəsi bu oldu ki, Müaviyə öz əsrinin tanınmış şəxsiyyətləri arasında fövqəladə, şeytani siyasətdə xüsusi iste᾿dada malik olan bir sima idi. Belə ki, ona "ərəbin dahisi” ləqəbi verilmişdi. Hətta siyasətdəki məharət və bacarığı o həddə dillər əzbəri olmuşdu ki, belə deyirdilər: "Müaviyədə olan siyasət Əli əleyhissəlamda yoxdur. Əgər olsaydı, Müaviyəyə qalib gələrdi! Hökumət də Müaviyənin əlinə keçməzdi”. Bəlkə də Əli əleyhissəlamın aşağıdakı sözləri deməsi bununla əlaqədardır: "Allaha and olsun ki, Müaviyə siyasətdə, tədbirdə, fərasətdə məndən üstün deyildir. Mənim yolumu kəsən təqvadır. Buna görə də istədiyim işləri görə bilmirəm”.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri