İmam Hüseyn (ə) üçün tökülən göz yaşının bərəkətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 718
Səs ver:
(səs: 2)
İmam Hüseyn (ə) üçün tökülən göz yaşının çox sayda bərəkət və fəziləti vardır ki, onların bəzisi ilə tanış olaq:

1. İmam Hüseyn (ə) inqilabını ayaqda saxlayar. İmam Hüseyn (ə) üçün əzadarlıq məclisləri təşkil etmək və onun üçün ağlamaq İmam Hüseyn (ə) inqilabını canlı saxlayar və unudulmağa qoymaz. Zülmə və zalıma qarşı hiss aşılayar. İnsan ən yaxşı şəkildə dinə tərəf dəvət edər və qəflət yuxusundan ayıldar. Cahillər bu cür məclislərdə yuxudan ayılar və İmam Hüseyn (ə) məktəbindən çox şeylər öyrənərlər. İmam Hüseyn (ə) davamçısı əza saxlayaraq bilir ki, alçaqlığı, zilləti və istismar olmağı qəbul etmək olmaz. İmam Hüseynin (ə) şüarı zülmə əyilməmək idi.
2. İmam Hüseynə (ə) olan sevgi artar. İmam Hüseyn (ə) aşiqlərinin ürəyində həmişə yanğı vardır. Əslində İmamın (ə) məzlumiyyətinə görə tökülən göz yaşı sevgi və məhəbbətdən qaynaqlanır. Bu göz yaşları İmama (ə) olan sevgini artırır və düşmənlərinə qarşı nifrət hissini çoxaldır. Bu göz yaşları agah və bəsirətli halda tökülər. Əslində onun qatillərinə edilən bir etirazdır.
3. Dinin həqiqəti ilə tanış olmaq. İmam Hüseyn (ə) üçün təşkil edilən əza məclislərinin başqa bir bərəkəti budur ki, insanlar əza məsliclərinin sayəsində dinlə tanış olarlar. Bu məclislər insanların dinə olan əlaqəsini gücləndirər və möhkəm edər. Çünki Quran və əhli-Beyt (ə) bir-birindən ayrılmaz iki dəyərli əmanətdir. Bu cür mətamlərdə insanlar din haqqında agahlıq əldə edərlər.
4. Günahlar bağışlanar. Rəban ibni Şəbib İmam Rzadan (ə) nəql edir ki, buyurub: "Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) ağlasan və göz yaşın yanağından axsa, Allah kiçik və böyük, az və çox günahlarını bağışlayar".
İmam Rza (ə) yenə buyurub: "Göz yaşı tökən İmam Hüseyn (ə) kimi insan üçün göz yaşı tökməlidir, çünki onun üçün ağlamaq böyük günahları aradan aparar".
5. Behiştdə sakin olmaq. İmam Baqir (ə) buyurur: "O mömin ki, Hüseyn (ə) əzasında göz yaşı tökər və bu göz yaşı yanağından axar, Allah onu uzun illər behişt otaqlarında sakin edər".
İmam Sadiq (ə) buyurur: "Hər kim Hüseyn (ə) əzasına ağlayar və ya başqasını ağladar və ya özünü ağlamağa vurar, behişt ona vacib olar".
6. Şəfa tapmaq. Bu məclislərin başqa bir bərəkəti budur ki, xəstələr şəfa tapar və bu kimi hallarla dəfərlərlə əza məclsilərində şahid olmuşuq. Nəql edirlər ki, Ayətullahül-üzma Birucerdi 90 yaşında belə sağlam gözlərə malik idi. O, eynək taxmadan hər şeyi oxuyurdu. O, deyirdi: "Bu nemətə görə Həzrət Əba Abdullahın (ə) mübarək varlığına borcluyam". Böyük alim başına gələn hadisəni nəql edir: "Birucerddə yaşayan zaman gözüm sağalmayan bir xəstəliyə tutuldu və həkimlərin müalicəsi təsir etmədi. O zamana qədər ki, məhərrəm ayı gəldi və əza heyətləri mənim evimə əza üçün toplaşırdılar. Bu heyətlərdən biri də alimlərin və müəllimlərin heyəti idi. Onlar bellərinə ağ dəstmal bağlayıb, üzlərinə və sinələrinə gil sürtərək sinə vurur və bizim həyətə daxil olurdular. İnsanlar bu əza heyətini görən zaman xüsusi şövqə gəlirdi. Mən də bir kənarda əyləşib, bu mənzərəyə tamaşa edir və ağlayırdım. Mən bu dəstə insanların ayaqlarından çıxan gili götürüb gözlərimə çəkdim. Bu təvəssülün sayəsində gözlərim şəfa tapdı. Gözüm sağaldı və görmə qabiliyyətim yaxşılaşdı. İmam Hüseynə (ə) görə, indi eynək taxmağa ehtiyacım yoxdur".
7. İmam Hüseynə (ə) göz yaşı tökən Qiyamət günü ağlamaz. Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə) buyurur: "Qiyamət günü hər göz ağlardır, məgər o göz ki, İmam Hüseyn (ə) müsibəti üçün ağlayar. Bu cür insan Qiyamət günü gülərüz və behişt nemətlərinə görə şaddır".
8. Can verən zaman amanda olar. Nəql edirlər ki, İmam Sadiq (ə) buyurub: "Bilirsənmi ki, Hüseynlə (ə) nə etdilər?". Dedim: "Bəli". Buyurdu: "Ağlayıb sızlayırsan?". Dedim: "Bəli". Buyurdu: "Allah göz yaşlarına rəhmət etsin. Agah ol ki, sən o kəslərdənsən ki, bizim üçün qəm əhlindən hesab olunursan. Bizim şadlığımıza şad olur, bizim qəmimizə qəmgin olursan. Agah ol ki, tezliklə ölüm zamanı atalarımı başının üstündə görəcəksən. Sənə diqqət edər və ölüm mələyinə səninlə bağlı müjdə verərlər. Görəcəksən ki, ölüm mələyi hər bir anadan daha mehriban olacaqdır".
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri