Həzrəti Fatimə

Şərhlər: 5
Baxılıb: 3 207
Səs ver:
(səs: 4)
Əgər qız atası ilə fəxr edəsi olsaydı dünya qadınlarının seyidinə onun müttəqilərin imamının ona Allahın salavatı və salamı olsun qızı olması kifayət edər.
Əgər bir kəs öz nəsəbi ilə fəxr edəsi olsa dünya qadınlarının seyidi bununla onlara qalib çıxardı.
Əgər bir kəs özü ilə fəxr etsəydi dünya qadınlarının seyidinə bu ləqəb kifayət edərdi.
Dünya qadınlarının seyidi Fatimə binti Məhəmməddir ona Allahın salavatı və salamı olsun.
Imam Zəhəbi demişdir: O, öz zamanında Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında dünya qadınlarının seyidi idi. O, Həsən və Hüseynin anası, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun ən kiçik və sevimli qızı idi. Peyğəmbərlikdən az öncə doğulmuşdur.
Onun fəzilətlərindən: Atasından hədislər rəvayət etmişdir. Ondan isə oğlu Hüseyn, Aişə, Ummu Sələmə, Ənəs ibn Malik və başqaları rəvayət etmişlər. Onun rəvayəti əl-Kutub əl-Sittədədir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun onu sevər və ona ikram edərdi. Onun üstün cəhətləri çoxdur: O, səbirli, xeyirxah, Allaha şükr edən və dinini mühafizə edən idi.
Əbu əl-Həsən, Əbu Cəhlin qızını almaq istədikdə bu xəbər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun yetişdi və o belə buyurdu: Allaha and olsun ki, Peyğəmbərin qızı ilə Allahın düşməninin qızı bir evdə cəm olmazlar. Fatimə məndən bir qismədir ona əziyyət verən şey mənə də əziyyət verər. (Buxari və Müslüm rəvayət etmişlər). Əli Əbu Cəhlin qızı ilə evlənməyi Fatiməyə görə tərk etdi. Hətta Fatimənin sağlığında onun üzərinə nə evləndi nə də ki kəniz tutdu. Amma onun vəfatından sonra isə evləndi və kəniz tutdu.
Peyğəmbər ona Allahın salavatı və salamı olsun vəfat etdikdə onun ölümünə həzin oldu və ağlayaraq belə dedi: Ey onu çağıran Rəbbinə cavab verən, yeri Firdovs cənnəti olan atam!
Peyğəmbərin vəfatından sonra isə belə buyurdu: Ey Ənəs! Sizin Peyğəmbərin üzərinə torpaq tökməyə necə əliniz gəlir!
Peyğəmbər xəstəliyi zamanı Fatiməyə belə buyurmuşdu: Mən bu xəstəliyimdə vəfat edəcəyəm. Fatimə ağlayırdı. Və Peyğəmbər ona ondan sonra ilk vəfat edəcək kimsənin Fatimə olduğunu, onun bu ümmətin qadınlarının seyidi olduğunu söylədi. Bunu eşidən Fatimə güldü və bu sirri gizli saxladı. Peyğəmbərin vəfatından sonra Aişə ondan soruşduqda bu sirri ona açdı.
Aişə belə rəvayət edir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun arvadlarının hamısı bir yerə toplaşmışdılar. Fatimə yürüyərək onların yanına gəldi. Onun gəzişi Peyğəmbərin ona Allahın salavatı və salamı olsun gəzişinə oxşayırdı. Peyğəmbər ona qızımı xoş gördüm deyərək onu sağ və ya sol tərəfinə oturtdu. Sonra Peyğəmbər ona gizli sözlər söylədi və Fatimə ağladı. Bunun ardından Fatiməyə xoş söz söylədi və o gülümsədi. Aişə Fatiməyə dedi: Səni nə ağlatdı. Fatimə dedi: Mən Peyğəmbərin sirrini açan deyiləm. Aişə dedi: Fatimə ağladıqda mən ona dedim: Peyğəmbər ona Allahın salavatı və salamı olsun bizi deyil səni öz sözü ilə təxsis etdiyi halda ağlayırsanmı? Ondan Peyğəmbərin dediyi haqda soruşdum. O mənə dedi: Mən Peyğəmbərin sirrini açan deyiləm. Peyğəmbər vəfat etdikdən sonra yenə də ondan bu haqda soruşdum. Fatimə dedi: Peyğəmbər mənə bunları söylədi: "Cəbrail mələk hər il mənə Quranı bir dəfə təkrar etdirərdi, bu il isə mənə iki dəfə təkrar etdirdi. Mənə elə gəlir ki, artıq mənim əcəlim gəlib çatmışdır və mənim əhlimdən mənə ilk yetişən sən olacaqsan. Mən sənin üçün necə də gözəl sələfəm" Mən buna görə ağladım o isə məni sevindirərək dedi: "Sən möminlərin qadınlarının və ya bu ümmətin qadınlarının seyidi olmağa razı deyilsənmi." Mən buna görə güldüm. (Buxari və Müslüm rəvayət etmişlər).
Peyğəmbər ona Allahın salavatı və salamı olsun onun üçün, o da Peyğəmbər üçün ayağa qalxardı. Peyğəmbər onu öpər o da Peyğəmbəri öpərdi. Allah ondan razı olsun

Fatimənin evlənməsi:

Onu imam Əli ibn Əbu Talib Allah ondan razı olsun hicrətin ikinci ili, Bədr döyüşündən sonra Zülqədə ayında evlənmişdir. (Bunu imam Əz-Zəhəbi söyləmişdir). O Əli üçün Həsəni, Hüseyni, Möhsini, Ummu Kulsumu(Həzrəti Əli Ummu Kulsumu Ömər bin Xətaba ərə vermişdir) və Zeynəbi dünyaya gətirmişdir.
Ona verilən mehir:
Əli Allah ondan razı olsun ona Əl-Hütəmiyyə zirehini mehir olaraq vermişdir.
Ərinin evində etdiyi xidmətlər:
Fatim Allah ondan razı olsun ərinin evində işləyirdi hətta bu ona çətinlik yaratdı. Əli Allah ondan razı olsun deyir: Fatimə ev işlərindən gördüyü çətinliklər üzündən şikayətləndi və Peyğəmbərin yanına yola düşdü, amma onu evdə tapa bilmədi. Bunu Aişəyə xəbər verdi. Peyğəmbər evə gəldikdə Aişə Fatimənin gəlişini söylədi. Peyğəmbər bizim yanımıza gəldi. Mən ayağa qalxmaq istədikdə o bizə, yerinizdə oturun deyərək ikimizin arasında oturdu. Peyğəmbər buyurdu: "Sizi istədiyinizdən daha xeyirlisinə yönəltimmi? Yerinizə girdikdə 34 dəfə Allahu əkbər, 33 dəfə Sübhənəllah, 33 dəfə Əlhəmdulillah söyləyin. Bu sizin üçün xadimədən daha xeyirli olar." (Buxari və Müslüm rəvayət etmişlər)
Baxın bizim Anamız Fatimə(Allah ondan razı olsun) peyğəmbərin qızı olmasına baxmayaraq nəqədər təvazükar idi.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri